Modern.az

Ali məktəblərin beynəlxalq reytinqi açıqlanıb - Azərbaycandan SİYAHIda 1 universitet var

Ali məktəblərin beynəlxalq reytinqi açıqlanıb - Azərbaycandan SİYAHIda 1 universitet var

7 Fevral 2012, 10:59

2004-cü ildən bəri dünya ali məktəblərinin Webometrics adlı reytinqi elan olunur. Bu reytinq tədqiqatını dünyanın nüfuzlu tədqiqat mərkəzlərindən biri - İspaniyanın məşhur Dövlət Elmi Tədqiqat Mərkəzi (Consejo Superior de İnvestigac Cientifacasiones) aparır. Onlar Stanford Universitetinin və Google tədqiqatçılarının metodologiyasını əsas götürürlər. Bu mərkəz 1907-ci ildə Nobel mükafatı laureatı prof. Ramon y Cajal tərəfindən yaradılıb.

Modern.az xəbər verir ki, 2012-ci ilin yanvar ayında dünya ali məktəblərinin ümumi gücü, müasirliyi, o cümlədən elektron-virtual dünyada gücü, tanınması əsas götürülərək 23000 ali məktəb, o cümlədən Azərbaycandan 38 ali məktəb növbəti dəfə öyrənilib, tədqiq olunub. Nəticədə ali məktəblərin adı açıqlanıb, onların hər birinin tutduğu yer elan olunub.

Yüksək liqada (ilk 1/3) Azərbaycandan yalnız bir universitet - Xəzər Universiteti yerləşib (6233-cü yer).

İkinci liqada (ikinci 1/3) ilk 3 yeri Qafqaz Universiteti (7771), Bakı Dövlət Universiteti (8833), Azərbaycan Diplomatiya Akademiyası (8926) tutur. Burada Azərbaycanın 18 ali məktəbi yer alıb. 

Üçüncü liqada (sonuncu 1/3) Azərbaycanın digər Universitetləri – 19 ali məktəb yerləşib.

Yüksək liqaya Azərbaycandan, təəssüf ki, yalnız bir ali məktəb – Xəzər Universiteti daxil olduğu halda,  Gürcüstandan – 10, Ermənistandan – 5, Moldovadan – 6, Belarusdan – 16, Estoniyadan – 14, Latviyadan – 15, Litvadan – 20, Qırğızıstandan – 4, Qazaxıstan – 20 ali məktəb daxil olub.

Azərbaycana yaxın böyük dövlətlərdən Rusiyanın 288, Türkiyənin 112, İranın 59 ali məktəbi dünyanın ən yaxşı ali məktəbləri sırasındadır. Yüksək liqada ən çox təmsil olunan ölkələr ABŞ (1722), Çin (567) və Yaponiyadır (388). www.webometrics.info/rank_by_country.asp?country=az

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı