Modern.az

Qənirə Paşayevanı kimlər qəzəbləndirib? - AÇIQLAMA

Qənirə Paşayevanı kimlər qəzəbləndirib? - AÇIQLAMA

11 Fevral 2012, 16:43

Millət vəkili Qənirə Paşayəva fevralın 11-də Facebook sosial şəbəkəsinin azərbaycanlı istifadəçilərinə xəbərdarlıq edib. Modern.az-ın məlumatına görə, Q.Paşayeva bununla bağlı bildirib:

"Hər kəsin diqqətinə!
Əgər bir də kimsə Qənirə xanımın səhifəsinə icazə olmadan material yerləşdirsə, o adam dostluqdan atılacaq. Dost olmayan şəxslər isə qruplar düzəldərək Qənirə xanımın səhifəsinə hər hansı bir material və ya şəkil yerləşdirsələr, onlarla bağlı Facebook mərkəzinə şikayət ediləcək. Qənirə xanımın adı hər hansı bir qrupa yazılarsa, o şəxslərlə bağlı da şikayət ediləcək!".

Bəs deputatın bu açıqlama ilə çıxış etməsinə səbəb nədir? Millət vəkili buna belə aydınlıq gətirib:

"Təxminən 50 dəqiqə əvvəl Qənirə xanımın səhifəsinə Zaur Qurbanov adlı şəxs tərəfindən və tərbiyəsiz bir qrup tərəfindən tərbiyəsiz bir video yerləşdirilmişdir. Qənirə xanım bunu edən tərbiyəsizlərdən həm Facebook mərkəzinə, həm də rəsmi qurumlara şikayət göndərəcək. Həmin şəxslər təcili olaraq Qənirə xanımın adını çıxarmasalar və üzr istəməsələr, ciddi şəkildə cavab vərəcəklər. Qənirə xanım hər kəsi bələ tərbiyəsizlərlə mübarizəyə çağırır".

Q.Paşayeva qeyd edib ki, o, Facebook səhifəsinə kənar müdaxilənin qarşısnı almaq üçün maneələr qoysa da, bəzi adamlar qruplar yaradıb lazımsız məlumatlar göndərirler.

”Qənirə xanım milli məsələlərlə bağlı insanların material yərləşdirməsini istəyirdi. Amma çox təəssüf ki, bəziləri tərbiyəsiz videolar göndərməklə təkcə öz tərbiyəsizliklerini nümayiş etdirmədi,  eyni zamanda bu səhifədə millətimiz və dövlətimiz üçün vacib məsələlərin paylaşılması rahatlığına da ciddi zərbə vurdu”-deyə deputatın Facebook səhifəsində bildirilib.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı