Modern.az

Sabahın hava PROQNOZu verildi

Sabahın hava PROQNOZu verildi

Aktual

20 Fevral 2012, 15:30

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata  görə Bakıda və Abşeron yarımadasında fevralın 20-dən 21- nə keçən gecə bəzi yerlərdə zəif qar yağacağı ehtimalı var. Gün ərzində hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gündüz mülayim cənub-qərb küləyi əsəcək. 
Havanın temperaturu gecə 1-4 dərəcə şaxta, gündüz 2-4 dərəcə isti təşkil edəcək. Gecə və səhər yollar buz bağlayacaq.
Azərbaycanın rayonlarında isə fevralın 21-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə dumanlı, şərq rayonlarında isə az yağıntılı olacağı gözlənilir. Şərq küləyi əsəcək. 
Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-5 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta təşkil edəcək. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 14-19 dərəcə şaxta təşkil edəcək. 
Tibbi-meteoroloji proqnoz əsasən  fevralın 21-dən 23-dək Abşeron yarımadasında hava şəraitinin əvvəlki günlərlə müqayisədə mülayimləşməsi, meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün nisbətən əlverişli olacaq.

Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı