Modern.az

Putinin ilk fərmanı Qarabağla bağlı oldu - Moskva təşəbbüsü ələ alır

Putinin ilk fərmanı Qarabağla bağlı oldu - Moskva təşəbbüsü ələ alır

Ölkə

10 May 2012, 14:23

Kremlin yeni sahibi münaqişənin həlli üçün Rusiya, ABŞ və Fransa prezidentlərinin birgə bəyanatlarını xatırladıb

Rusiyanın yeni prezidenti Vladimir Putinin andiçmədən sonra imzaladığı ilk fərmanlarından biri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı olub. Modern.az Rusiya prezidentinin rəsmi saytına istinadən bildirir ki, Putin imzaladığı “Xarici siyasət kursunun reallaşdırılması üçün görüləcək tədbirlər haqqında” fərmanında münaqişənin həlli üçün göstərişlərini verib.

Fərmanda Dağlıq Qarabağ münqaqişəsi ayrıca bənddə əks olunub. Fərmanda deyilir ki, “Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Rusiya ATƏT-in digər həmsədr ölkələri ilə əməkdaşlığı davam etdirilməlidir. Münaqişənin həlli üçün aparılan prosesdə Rusiya, ABŞ və Fransa prezidentlərinin 2009-2011-ci illərdə verdikləri birgə bəyanatlarda əks olunmuş prinsiplər əsas götürülməlidir”.

Putinin imzaladığı sənəddə Moskvanın münaqişələrin həllində fəal rolu  qeyd edilib.  

Fərmanda BMT-nin rolu xüsusi vurğulanıb və XİN-ə “beynəlxalq məsələlərdə BMT-nin mərkəzçi rolunu möhkəmləndirmək və onun əsas prinsiplərinin bərqərar olmasında yardım göstərmək” tapşırılıb.  Bununla yanaşı, Putin Rusiyanın BMT-nin dünyada sülhü dəstəkləyən sülhməramlı əməliyyatlarında fəaliyyətini genişləndirməyin vacibliyini bildirib.

Xaqani SƏFƏROĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı