Modern.az

Bir şəklin tarixçəsi - Kimlər vardı, kimlər qaldı...

Bir şəklin tarixçəsi - Kimlər vardı, kimlər qaldı...

10 May 2012, 17:36

Modern.az-ın “Bir şəklin tarixçəsi” rubrikasının bu dəfəki təqdimatını 10 mayda 89 yaşı tamam olan çağdaş Azərbaycan və dünya siyasətinə öz möhürünü vurmuş mərhum prezident Heydər Əliyevin xatirəsinə həsr etdik.

Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdığı zaman onun ilk komandası.

1993-cü il. Azərbaycanın o vaxtki siyasi elitası Heydər Əliyevi Binə Hava Limanından xarici səfərə -  Moskvaya rəsmi səfərə yola salır...  

Üstündən 19 il keçdikdən sonra şəkildəkiləri  bir-bir nəzərdən keçirib bu günlə müqayisə etsək, çox maraqlı mənzərə alınır...

Rəsul Quliyev – 1996-cı ildən komandadan uzaqlaşdırıldıqdan sonra ABŞ-a üz tutub və hələ də bu gün-sabah qayıtmaq əhval-ruhiyyəsdindədir.

Afiyəddin Cəlilov – Heydər Əliyevin etibar etdiyi kadrlarından biri. 1994-cü ildə terrorun qurbanı oldu.

Məmmədrəfi Məmmədov – müdafiə naziri. Komandadan 1994-cü ildə uzaqlaşdırılan uğursuz kadrlardan biri.

Lalə Şövkət – Heydər Əliyevin Moskvadan Bakıya gətirib yüksək vəzifə verdiyi Azərbaycanın eks-dövlət katibi. Lakin, yeni komandanı ilk tərk edən də Lalə Şövkət oldu.

Rafael Allahverdiyev – Heydər Əliyevlə onu daha dərin tellər bağlayırdı. Əvvəl Bakı şəhərinin meri vəzifəsindən, bir neçə il sonra isə deputatlıqdan və ardınca həyatdan getdi...

O dövrdə müxtəlif vəzifələr tutan Elçin Əfəndiyev, Hidayət Orucov,  Arif Rəhimzadə və Vahid Əhmədov bu gün də bu və ya digər səviyyədə öz mövqelərini qoruyub saxlaya biliblər...

(Şəkillə bağlı maraqlı şərhlərinizi gözləyirik).

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır