Modern.az

Erməni vəhşiliyi: cəzasız qalan cinayətlər - faktlar və sənədlər - IV YAZI

Erməni vəhşiliyi: cəzasız qalan cinayətlər - faktlar və sənədlər - IV YAZI

11 May 2012, 08:53

Ermənilər tarixin yadda qalan kəsiyindən bu yana xalqımıza qarşı “ermənilik” (insanlığa sığmayan, yalnız onlara məxsus olan iyrənc, vandal addımlar) etmək üçün əlverişli məqam axtarıblar.

Modern.az  “Erməni vəhşiliyi: cəzasız qalan cinayətlər-faktlar və sənədlər” adlı  silsilə yazılara start verib. Bu yazılarda Azərbaycanın Qarabağ bölgəsində və ətraf  rayonlarda ermənilərin yürütdüyü etnik təmizləmə siyasətinin nəticəsində törədilən cinayətlər diqqətə çatdırılacaq. Əsasən faktlar və sənədlər əsasında olacaq yazıda rəsmi qurumların təqdim etdiyi faktlardan istifadə olunub.

Ermənilərin 1991-ci ildə törətdikləri cinayətlər...

(II hissə - iyul-dekabr:  ayları)

1991-ci il iyul ayının 3-də Ağdərə rayonunun Umudlu kəndində 1 nəfər,

iyulun 6-da Goranboy rayonunun Erkec, Monaşit və Buzluq kəndlərində 3 milis işçisi ermənilər tərəfindən qətlə yetirilir, 12 nəfər ağır yaralanır. Bir gün sonra yəni 7 iyul: Ağdərə rayonunun Sırxavənd kəndi yaxınlığındakı Ulbab adlanan ərazidə 4 nəfər kənd sakini ermənilərin gülləsinə tuş gəlir.

17 iyul: Kəlbəcər rayonunun Xanımdərəsi və Uzungöl yaşayış məntəqələrində 2 nəfər mülki  vətəndaş qətlə yetirilir, 1 nəfər ağır yaralanır.

20 iyul:  Goranboy rayonunun Todan kəndində 2 nəfər

qətlə yetirilir, 8 nəfər ağır yaralanır.

21 iyul:  Laçın rayonunu Əriməz yaylağında 9 nəfər xüsusi amansızlıqla qətlə yetirilir, 3 nəfər ağır yaralanır.

23 iyul:  Hadrut rayonunun Tuğ kəndi yaxınlığında Tuğ Milis bölməsinin 1 nəfər əməkdaşı və 1 nəfər yerli sakin qətlə yetirilir.

30 iyul: Hadrut rayonunun 2 nəfər Zəncurkənd sakinləri xüsusi qəddarlıqla qətlə yetirilirlər.

31 iyul:  Ağdərə rayonunun Dronbon kəndi yaxınlığında avtomobil yolu partladılır, SSRİ DİN DQ-nin 5 nəfər hərbi qulluqçusu ağır yaralanır.

2 avqust:  Hadrut rayonunun Dolanlar kəndində “QAZ-53” markalı avtomaşın partladılır, nəticədə 3 nəfər həlak olur, 5 nəfər ağır yaralanır.

10 avqust:  Naxçıvan MR Culfa rayonunun Laketdağ kəndində 1 nəfər qətlə yetirilir.

12 avqust:  Kələbəcər raynunun Sarıyel adlanan otlaq sahəsində 1 nəfər qətlə yetirilir, 2 nəfər yaralanır.

21 avqust:  Hadrut rayonunun Şadaxt kəndi yaxınlığında milis əməkdaşlarını aparan “KAMAZ” markalı 70-30 AQO dövlət nömrə nişanlı avtobus partladılır, nəticədə 1 sürücü həlak olur, 5 nəfər ağır bədən xəsarəti alır.

23 avqust:  Əsgəran rayonun Cəmilli kəndində 3 nəfər mülki şəxs qətlə yetirir, 14 nəfər ağır yaralanır.

29 avqust:  Goranboy rayonun Şəfəq kəndində 1 nəfər qətlə yetirilir.

7 sentyabr:  Hadrut raynun Tuğ kəndində 2 nəfər kənd sakini qətlə yetirilir. Qazax rayonun Bağanıs-Ayrım kəndində 1 nəfər yerli sakini ağır yaralanır.

9 sentyabr:  Qazax rayonun Barxudarlı Dəmiryol stansiyasında 1 nəfər ağır yaralanır.

10 sentyabr:  Xocalı şəhərində 2 nəfər qətlə yetirilir, 5 nəfər ağır yaralanır.

14 sentyabr: Hadrut rayonun Zəmzur kəndi yaxınlığında “UAZ” markalı avtomaşın partladılır, nəticədə 2 nəfər həlak olur, 1 nəfər ağır yaralanır. Goranboy rayonunun Buzluq və Başqışlaq kəndlərində 6 nəfər qətlə yetirilir, 4 nəfər ağır yaralanır. Ordubad rayonunun  Qaranquş adlanan ərazisində 2 mülki şəxs xüsusi qəddarlıqla qətlə yetirilir.

17 sentyabr:  Goranboy rayonunun Şəfəq kəndi yaxınlığında “Russkie borisi” kolxozuna məxsus “MAZ” markalı avtomaşın

partladılır, nəticədə 1 nəfər həlak olmur. Goranboy rayonunun Şəfəq və Zeyvə

kəndlərində 2 nəfər qətlə yetirilir.

18 sentyabr:  Ağdərə rayonun İmarət-Qərvənd kəndində 1 nəfər qətlə yetirilir. Ağdərə rayonun Mesşen kəndi yaxınlığında “ZİL-131” markalı avtomaşın partladılır, nəticədə 1 nəfər həlak olur və 1 nəfər ağır yaralanır.

20 sentyabr:  Goranboy rayonun Şəfəq, Todan, Erkec, Zeyvə kəndlərində 2 nəfər qətlə yetirilir.

23 sentyabr:  Ağdərə rayonun İmarət-Qərvənd kəndində 6 nəfər qətlə yetirilir, 3 nəfər ağır yaralanır.

24 sentyabr:  Ağdam rayonunun Abdal Gülablı kəndi yaxınlığında “UAZ” markalı avtomaşın parladılmış, nəticədə 1 nəfər həlak olur, 1 nəfər ağır yaralanır.

25 sentyabr:  Xankəndi şəhəri yaxınlığında “UAZ” markalı avtomaşın parladılmış, nəticədə 1 nəfər milis işçisi həlak olur, 1 nəfər isə ağır yaralanır.

26 sentyabr:  Şuşa şəhərində 1 nəfər qətlə yetirilir, 6 nəfər ağır yaralanır. “Yevlax-Laçın” yolunda “VAZ-2106” markalı D 72-07 AQ nömrə nişanlı avtomaşın partladılır, nəticədə 2 nəfər həlak olur.

28 sentyabr:  Xocavənd rayonunun Muğanlı kəndində 1 nəfər qətlə yetirilir.

29 sentyabr: Goranboy rayonunun Şəfəq və Zeyvəkəndlərində 1 nəfər qətlə yetirilir.

01 oktyabr:  Goranboy rayonunun Şəfəq və Zeyvə kəndlərində 1 nəfər qətlə yetirilir.

03 oktyabr:  Xocavənd  rayonunda “UAZ” markalı avtomobil partladılır, nəticədə 2 milis işçisi həlak olur, 2 nəfər ağır yaralanır.

06 oktyabr:  Qazax rayonunun Xeyrimli kəndində 2 nəfər qətlə yetirilir.

08 oktyabr:  Xocalı rayonu yaxınlığında 1 nəfər qətlə yetirilir.

09 oktyabr:  Kərgicahan qəsəbəsində 1 nəfər qətlə yetirilir, 1 nəfər ağır yaralanır.

17 oktyabr:  Ağdərə rayonun Baş Güneypərə kəndində 1 nəfər qətlə yetirilir, 1 nəfər ağır yaralanır.

18 oktyabr:  Şuşa rayonun Qaladərəsi kəndində 1 nəfər qətlə yetirilir. Xocavənd rayonun Qaradağlı kəndində 1 nəfər qətlə yetirilir.

19 oktyabr:  Ağdərə rayonun Sırxavənd kəndi yaxınlığında “UAZ-469” markalı avtomaşın partladılır, nəticədə 2 nəfər həlak olur,  1 nəfə r ağır yaralanır.

22 oktyabr: Baş Güneypərə, Sırxavənd və Orta Güneypərə kəndlərində 1 nəfər qətlə yetirilir, 1 nəfər yaralanır.

26 oktyabr:  Qazax rayonun Mazan kəndində 1 nəfər qətlə yetirilir.

28 oktyabr:  Xocavənd rayonunun Xocavənd kəndində 2 nəfər qətlə yetirilir, 2 nəfər ağır yaralanır.

01 noyabr::  Əskəran rayonun mərkəzində “UAZ-469” markalı 30-76 AQD nömrəli avtomaşın partladılmış, 1 nəfər həlak olur, 1 nəfər ağır yaralanır.

05 noyabr:  Şuşa rayonunun Nəbilər kəndində 1 nəfər qətlə yetirilir, 1 nəfər ağır yaralanır. Qazax rayonunun Xeyrimli və Aşağı Əskipara kəndlərində 2 nəfər qətlə yetirilir, 1 nəfər ağır yaralanır.

07 noyabr::  Hadrut rayonunun Xələfşə kəndində 2 nəfər qətlə yetirilir, 3 nəfər ağır yaralanır.

12 noyabr:  Goranboy rayonun Todan kəndində 1 nəfər qətlə yetirilir, 12 nəfər yaralanır.

14 noyabr:  Ağdam rayonun Əhmədəavar kəndində 1 nəfər qətlə yetirilir.

15 noyabr:  Hadrut rayonun Zəmzur və Şaqalı kəndlərində 8 nəfər qətlə yetirilir, 4 nəfər yaralanır.

16 noyabr:  Xocavənd rayonun Xocavənd kəndində 2 nəfər qətlə yetirilir, 2 nəfər ağır yaralanır.

19 noyabr:  Xocavənd rayonun Xocavənd kəndində 4 nəfər qətlə yetirilir.

20 noyabr:   Ağdərə rayonun Əliağalı kəndində 1 nəfər qətlə yetirilir.

28 noyabr:  Qazax rayonun Aşağa Əskipara kəndində 1 nəfər qətlə yetirilir.

1 dekabr:  Kərkicahan qəsəbəsində 1 nəfər həlak olur, 5 nəfər yaralanır.

11 dekabr:  Şuşa şəhəri və Kərkicahan qəsəbəsində 1 nəfər həlak olur, 1 nəfər yaralanır.

12 dekabr:  Ağdam rayonun Çuxur məhlə,  Əhmədəavar, Xıdırlı, Çinli, Şelli, Qalayçılar kəndlərində 1 nəfər həlak olur, 5 nəfər ağır yaralanır.

14 dekabr:  Kərkicahan qəsəbəsində 1 nəfər qətlə yetirilir.

15 dekabr:  Xocalı şəhərində 1 nəfər qətlə yetirilir, 2 nəfər ağır yaralanır.

16 dekabr:  Kərkicahan qəsəbəsində 1 nəfər  qətlə yetirilir.

19 dekabr:  Füzuli rayonun Qaradağlı kəndində 1 nəfər qətlə yetirilir.

20 dekabr:  Ağdam rayonunun Sırxavənd kəndində 1 nəfər xüsusi amansızlıqla qətlə yetirilir.

20 dekabr:  Kərkicahan qəsəbəsində 1 nəfər qətləyetirilir.

20 dekabr:  Ağdərə rayonun Umudlu kəndində 1 nəfər qətlə yetirilir.

23 dekabr:  Şuşa rayonun Malırəyli kəndində 1 nəfər qətlə yetirilir.

23 dekabr:  Cəbrayıl rayonun Daşbaşı və Banazur kəndində 2 nəfər qətlə yetirilir.

23 dekabr:  Əskəran rayonun Meşəli kəndində 47 nəfər qətlə yetirilir, 41 nəfər yaralanır.

24 dekabr:  Füzuli rayonun Arış, Çuvarlı, Qoqa, Çiman kəndində 2 nəfər qətlə yetirilir.

25 dekabr:  Füzuli rayonun Taradağlı, Arış, Xatınbulaq, Çuvarlı kəndində 1 nəfər qətlə yetirilir, 4 nəfər ağır yaralanır.

26 dekabr:  Şuşa-Laçın rayonunun 4-cü kilometrində “ZİL-130” və “Moskviç” maşını partladılır, 5 nəfər həlak olur.

28 dekabr:  Kərkicahan qəsəbəsində 1 nəfər qətlə yetirilir, 1 nəfər yaralanır.

29 dekabr:  Ağdam rayonun Sırxavənd kəndində 1 nəfər xüsusi amansızlıqla qətlə yetirilir.

29 dekabr:  Şuşa rayonun Malırəyli, Kosalar, Qeybalı kəndində  16 nəfər dinc sakin qətlə yetirilir.

Millət vəkili Aqil Abbas erməni cinayətlərini Hitler faşizmi ilə müqayisə edır: “Erməni faşizmi Hitler faşizmindən daha dəhşətlidir. Çünki Hitlerin ordusu bir yeri işğal edəndə dinc əhaliyə toxunmurdu. Kimsə partizan hərəkatına qoşulurdusa onu öldürürdülər. Amma ermənilər işğal etdikləri ərazilərdə bir insanı da sağ buraxmır. Almanlar heç vaxt abidələri dağıtmırdılar. Amma bunlar qabaqlarına keçəni yandırdılar. Bu bir növ xəstəlikdir, erməni xəstəliyi”.

Aqil Abbas deyir ki, Qarabağ işğalı zamanı erməni əsirliyində olan bir bacı və qardaşı əsirlikdən azad edilməsində rolu olub: “Dostlar pul yığdıq, verdik əvvəl bacını, sonra da qardaşı əsirlikdən qurtardıq. O qız qayıdandan sonra xəstəxanada yoxlama zamanı aşkar olundu ki, damarlarını çıxarıblar. Bədənində bəlkə min yerdə siqaret söndürmüşdülər. 15-16 yaşlı bir qızın başına min oyun açımışdılar. Adamı öldürmək olar, amma bu qədər işgəncə..., bax, bunu anlamaq olmur. Gözümün qabağına yanan meyitlər gəlir. Məsələn, bir nəfər var idi, qardaşını meyiti gəlirdi. Getdik onu götürməyə. Baxdım ki, onun həm əllərini, həm də ayaqlarının məftillə bağlayıblar. Sonra yandırıblar. Demək ki, diri-diri yandırıblar, öldürüb yandırsaydılar əllərini, ayaqlarını nəyə görə bağlamalıydılar ki?”

Aqil Abbas azərbaycanlıların əlində olan erməni əsirlərdən də danışdı: “Bizim əlimizdə olan əsirlər əsasən Ağdamda Xalq Cəbhəsinin zirzəmisində saxlanılırdı. Heç birinə toxunulmurdu. Gündə də üç dəfə yeməkləri verilirdi. Onlara qarşı heç bir işgəncə olmurdu. Amma onların azad etdikləri azərbaycanlı əsirlər yeriyə bilmirdilər”.

Aqil Abbas hesab edir ki, bu gün erməni cinayətlərinin cəzasını vermək Azərbaycanın haqqıdır: “Müharibə iki dövlət arasında olur. Biz müharibə eləmirik. Hücum edəsi olsaq buna müharibə deməsinlər. Çünki bununla torpaqlarımızı işğaldan xilas etmiş olarıq.  Orada bizim 60-70 min erməni əsilli vətəndaşımız var. Guya onlar əzab çəkmirlər ki. Nə olsun ki, onlara ordan-burdan tula payı bir az yemək-içmək gətirilər. Bu, həyatdır ki... Qapalı bir şəraitdə, elə bil türmədədirlər. Biz torpaqlarımızı separatçılardan azad etməliyik. Buna isə müharibə yox, antiterror əməliyyatı deyirlər. İndi bizim hər şəraitimiz var, pulumuz var. Bunlar da lazımdır ki, sabah müharibə etsək heç kimə ehtiyacımız olmasın. İnşallah tezliklə torpaqlarımızı silah gücünə azad edərik, erməni cinayətləri də cəzasız qalmaz. ”

Orxan Əli

Ardı var...

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır