Modern.az

Polis avtoş gəncləri saxlayıb – “Bir səhvdi etmişik, bir də etmərik...” - FOTO

Polis avtoş gəncləri saxlayıb – “Bir səhvdi etmişik, bir də etmərik...” - FOTO

Təhsil

7 İyun 2012, 15:20

Gəncə şəhərində  yol hərəkəti qaydasını kobud şəkildə pozan gənclər  inzibati qaydada məsuliyyətə cəlb edilib. Onlar barəsində toplanan materiallar Nizami rayon məhkəməsinə təqdim edilib.

Gənclər  iyun ayının 6-da şəhər əhalisinin diqqətini özlərinə  yönəltmək məqsədilə şəhərin müxtəlif ərazilərində  avtoxuliqanlıq ediblər. Zeynalov Asəf Rövşən oğlu VAZ-2107 markalı, 20 CJ 774 dövlət nömrə nişanlı avtomaşın ilə, Bayramov Orxan Elşən oğlu isə Hunday markalı 20 CZ 522 dövlət nişanlı avtomaşınla xuliqanlıq hərəkətləri törədiblər. Gəncə şəhər Dövlət Yol Polis şöbəsinin inspektoru Fizuli Hüseynov deyib gənclər barəsində artıq İnzibati Xətalar Məcəlləsinin 296.1.1-ci maddəsi ilə  cinayət işi başlanılıb. “Yüksək sürətlə və ilanvarı hərəkət etdiyinə görə sürücülər tərəfimizdən saxlanılıb. Sürücülər  yol hərəkəti qaydalarını pozduqları üçün tərəfimizdən protokol  tərtib edilib və adiyyatı üzrə Nizami rayon məhkəməsinə təqdim edilib. Nizami rayon məhkəməsində isə İXM-nın müvafiq maddələri ilə qərarlar çıxarılıb”.
Axtoxuliqanlıq edən gənclər isə əməllərindən peşman olduqlarını etiraf ediblər.

Asəf  Zeynalov: “Bir səhv etmişəm bir də təkrar olunmaz. Cavanlara da məsləhət edirəm ki, belə etməsinlər”

Orxan Bayramov: “Bir dəfə səhv etdim, ümid edirəm ki, təkrar etmərəm. Azərbaycan gənclərinə isə demək istəyirəm ki, avtomobil idarə etməyə tələsməsinlər. Bu həm onların özləri, həm də ətrafda olan insanlar üçün təhlükəlidir”.

Qeyd edək ki, Nizami rayon məhkəməsi tərəfindən təqsirli bilinən Orxan Elşən oğlu Bayramovun  nəqliyyat vasitələrini idarəetmə hüququ  1 ay müddətinə məhdudlaşdırılıb və 500 manat məbləğində cərimə edilib. Asəf Rövşən oğlu Zeynalov isə 5 gün müddətinə inzibati qaydada həbs edilib və 6 ay müddətinə nəqliyyat vasitələrini
idarəetmə hüququ məhdudlaşdırılıb.



Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir