Modern.az

Əhmədinejad ilk dəfə etiraf etdi: “ABŞ sanksiyaları İranı dağıdır”

Əhmədinejad ilk dəfə etiraf etdi: “ABŞ sanksiyaları İranı dağıdır”

Dünya

10 Oktyabr 2012, 12:30

“İran hökumətinin büdcəsi təzyiq altındadır  və hökumət bəzi sahələrdə xərcləri azaldıb”. Modern.az “Əl-Ərəbiyyə” telekanlına istinadən bildirir ki, İran prezidenti Əhmədinejad ilk dəfə  ABŞ iqtisadi sanksiyalarının ölkə iqtisadiyyatna vurduğu zərbəni etiraf edib. Məlumatda deyilir ki, Əhmədinejad  çıxışında bildirib ki, İranın Qərbin iqtisadi sanksiyalarının öhdəsindən gəlməklə mübarizə aparır.
“Hazırda biz büdcə baxımından təzyiq altındayıq. Bəzi yerlərdə büdcə sıfır həddindədir və ya 25 faiz kəsirdədir”.  
Əhmədinejad ölkə büdcəsi üzərindəki təzyiqin səbəblərini qeyd etməsə də, onun çıxışından bəlli olur ki, Qərbin İranın nüvə proqramına görə tətbiq etdiyi sanksiyaları dövlət gəlirlərinə böyük zərbə vurub.  İran rialının dəyərinin azalması da büdcəyə ziyan vurub.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı