Modern.az

Bakı Ali Neft Məktəbində Konstitusiya günü qeyd edildi - FOTOLAR

Bakı Ali Neft Məktəbində Konstitusiya günü qeyd edildi - FOTOLAR

Təhsil

12 Noyabr 2012, 13:58

Noyabrın 12-də Bakı Ali Neft Məktəbində Konstitusiya gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikası Milli Məclisin sədrinin birinci müavini Ziyafət Əsgərov iştirak edib.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov qonağı təhsil ocağında yaradılmış infrastrukturla tanış edib, ali məktəbin fəaliyyəti ilə bağlı məlumatlar verib. Daha sonra Ali Məktəbin konfrans zalında cənab Ziyafət Əsgərovun Ali  Məktəbin  professor-müəllim heyəti və tələbələri ilə Konstitusiya gününə həsr olunmuş görüşü keçirilib. Rektor Elmar Qasımov qonağı kollektiv adından salamlayıb. Milli Məclisin sədrinin birinci müavini Ziyafət Əsgərov Azərbaycan Respublikasının Əsas qanunu olan Konstitusiyanın mərhum dövlət başçısı Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə qəbul edildiyini bildirib. Tədbirin sonunda cənab Ziyafət Əsgərov əməkdaşların və tələbələrin konstitusiya ilə bağlı çoxsaylı suallarını cavablandırıb.





Modern.az
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı