Modern.az

Türkan Şorayın səhhəti Bakıda pisləşdi

Türkan Şorayın səhhəti Bakıda pisləşdi

26 Noyabr 2012, 23:18

Türkiyənin məşhur aktrisası Türkan Şoray noyabrın 26-da Bakıya gəlib. Ünlü sənətçi Gənclər və İdman Nazirliyinin təşkil etdiyi "İstedadlı və yaradıcı gənclər II Respublika forumu"na fəxri qonaq qismində qatılıb.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, Türkan Şoray noyabrın 27-də saat 12.00-da “Mariot Abşeron” mehmanxanasında jurnalistlər üçün mətbuat konfransı keçirməliydi. Nazirlik əvvəlcə bütün media nümayəndələrini konfransa dəvət də edib. Lakin noyabrın 26-da gecə saatlarında Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Modern.aza bildirlib ki, Türkan Şorayın mətbuat konfransı baş tutmayacaq

”Türkiyənin tanınmış sənətçisi Türkan Şorayın səhhətində yaranmış problemlə əlaqədar olaraq, 27 noyabr tarixində saat 12.00-da keçirilməli olan mətbuat konfransı baş tutmayacaq. Anlayışınıza görə təşəkkür edirik!”-deyə Gənclər və İdman Nazirliyindən saytımıza bildirilib.

A.Qorxmaz

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü