Modern.az

21 dekabrda doğulanlar və baş verənlər - Modern.az təqvimi vərəqləyir

21 dekabrda doğulanlar və baş verənlər - Modern.az təqvimi vərəqləyir

İqtisadiyyat

17 Dekabr 2012, 14:23

Deyilənə görə, mayyalılar 21 dekabrı dünyanın sonu elan ediblər. Buna inanan bizlər də 21 dekabrı “Qiyamət günü” adlandırmışıq. Bazarlarda “qiyamət şam”ları alanların sayı da çoxalıb. Ümumiyyətlə, mayyalıların son gün adlandırdığı 21 dekabrda dünyada və ölkəmizdə bu günə qədər nələr baş verib, kimlər dünyaya gəlib?
Modern.az oxuculara ötən illər ərzində 21 dekabrda nələrin olduğunu təqdim edir.

21 dekabrda baş verən hadisələr

1948-ci ildə İrlandiya müstəqilliyini elan edib.

1961-ci ildə Londondan Təl-Əvivə gedən İngilis Hava yolları "British Airways"ə aid sərnişin təyyarəsi Ankaranın Esenboğa hava limanından ayrılandan bir dəqiqə sonra düşərək parçalanıb: 26 ölü, 8 yaralı.

1963-cü il Kiprdə 21 dekabr Qanlı Miladla yadda qalıb. Bu isə tarixə “Kipr Qırğını” deyə yazılıb.

1964-cü ildə İngilis parlamenti ölüm cəzasını ləğv edib.

1979-cu il Sovet İttifaqı Əfqanıstanı işğal edib.

1988-ci ildə “Pan-Am” Hava yollarına aid “Boeing-747” tipli sərnişin təyyarəsi London-Nyu York səfərində, Şotlandiyanın Lokerbi qəsəbəsi üzərində partlayıb: 21 ölkədən (yerdə olan 11 adam daxil olmaqla) adam həlak olub.

1989-cu ildə ABŞ Panamanı işğal edib.

1991 – Rusiya, Belarus, Ukrayna bir araya gələrək Sovet İttifaqına son qoyulduğunu və Müstəqil Dövlətlər Birliyinin (MDB) yaradıldığını elan edib.

2005-ci ildə İngiltərədə eyni cinslər arasında evlilik qanuniləşib. Elton Con və həyat yoldaşı David Furnish bu qanundan faydalanan ilk cütlük olub.

21 dekabrda kimlər doğulub?

Gürcüstan Prezidenti Mixail Saakaşvili 1967-ci ilin 21 dekabrında dünyaya gəlib.

Sovet İttifaqının rəhbəri Stalin də həmin gün anadan olub.

Azərbaycanlı şərqşünas və tarixçi Ziya Bünyadov da həmçinin.

Türkiyənin millətçi şairi Namik Kamal 1840-cı ilin 21 dekabrında doğulub.

İtaliyan yazıçı, “Dekameron” əsərinin müəllifi Covanni Bokaçço da 21 dekabrda doğulanlar arasındadır.

Hazırlayan Sevinc İltifatqızı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir