Modern.az

TDQK: “Əgər abituriyent tələb olunan ən aşağı nəticəni göstərə bilmirsə...”

TDQK: “Əgər abituriyent tələb olunan ən aşağı nəticəni göstərə bilmirsə...”

18 Dekabr 2012, 09:39

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə imtahandan əla nəticə göstərənlərin sonradan test imtahanlarından kəsilməsi narazılıqlar yaradır. Məsələn, aktyor qabiliyyət imtahanından əla nəticə göstərir, yüksək aktyorluq qabiliyyətinin və vizual görünüşünün olduğu qeyd edilir. Amma o sonradan test imtahanından kəsilir və onun qabiliyyəti itib batır. Nəticədə ortabab tələblər həmin ixtisas üzrə oxuyur.

  “Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə şəraiti əsasən daha zəif olduğundan həmin ixtisaslara qəbul olunmaq üçün test imtahanlarından elə də yüksək nəticə tələb olunmur. Əgər abituriyent xüsusi qabiliyyət ixtisaslarında tələb olunan ən aşağı nəticəni göstərə bilmirsə, onun hansı istedadından danışmaq olar?!”
Bu sözləri Modern.az-a açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TDQK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə deyib.  
“Biz istərdik ki, əksinə, daha yüksək müsabiqə şəraiti formalaşsın. Ancaq məsələn, qeyd etdiyiniz aktyorluq sənəti ixtisasında müsabiqəyə 100 bal toplayan abituriyentlər buraxılırlar. Bir məsələ də var ki, həmin ixtisasda müsabiqə qabiliyyət imtahanının yekun nəticəsi əsasında aparılır. Yəni 100 bal toplayan və qabiliyyət imtahanı vermiş abituriyentlərdən qabiliyyət imtahanı göstəriciləri daha yüksək olanları qəbul olurlar. Test imtahanlarını bu yolda əngəl kimi qiymətləndirmək əsla düzgün deyil. Oxumağı, yazmağı bacaran, elementar hazırlıq səviyyəsi olan hər bir şəxs üçün 100 balı toplamaq heç də çətin deyil”.  

Aytən Əliyeva
 
Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı