Modern.az

AXCP-dən açıqlama: “Yekun qərar seçki ərəfəsində veriləcək”

AXCP-dən açıqlama: “Yekun qərar seçki ərəfəsində veriləcək”

Aktual

20 Dekabr 2012, 23:07

Müsavat başqanı İsa Qəmbərin müxalifətin vahid namizədi olmayacağı haqda “Azadlıq” radiosuna verdiyi açıqlamadan sonra  AXCP-də bu məsələyə öz mövqeyini bildirib. AXCP sədrinin müavini Fuad Qəhrəmanlı Facebook səhəfisində İctimai Palatanın Koordinasiya Şurasının prezident seçkilərində iştirakla bağlı qərarına münasibət bildirərək  yekun qərar seçki ərəfəsi veriləcəyini bildirib.

“İctimai Palatanın Koordinasiya Şurasının qəbul etdiyi son qərar  Palatanın  prezident seçkilərində iştirak qərarı deyil. Ona görə də bəziləri yanlış olaraq elə başa düşürlər ki, İP prezident seçkilərində iştirak barədə qərar qəbul edib. Qərarda  təşkilatın seçkilərdə namizədlə iştirak edəcəyi perspektivi əsas götürülərək, prezident seçkilərinə hazırlıq işlərinin davam etdirilməsi nəzərdə tutulur və aydın şəkildə deyilir ki, iştirakla bağlı yekun qərar seçki ərəfəsi veriləcək. Göründüyü kimi bu qərar daha çox İctimai Palatanın seçki hazırlığını ehtiva edir və yekun qərar qəbul edilməmiş, seçkidə iştirak qərarı verməmiş sayılır. Hesab edirəm ki, belə bir mövqe doğrudur,çünki, seçki ərəfəsi hansı qərarın veriləcəyi bilinmədiyi üçün, İP bütün hallarda seçkiyə hazır olmalıdır”, - deyə AXCP rəsmisi münasibət bildirib.

Anar RÜSTƏMOV 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır