Modern.az

Azərbaycanda daha bir radio kanalı açıldı

Azərbaycanda daha bir radio kanalı açıldı

Aktual

21 Dekabr 2012, 18:30

Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib. Modern.az xəbər verir ki, iclasda regional radio yayım proqramının açılması üçün Gəncə və ətraf ərazilərdə radio üzrə 93.3 MHz işçi tezliyinə 18 oktyabr 2012-ci il tarixdə elan edilib. Müsabiqənin nəticələrinə, "Lider TV və Radio-Azərbaycan" MMC-nin televiziya və əlavə informasiya yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılmasına dair müraciətinə baxılıb. Müsabiqədə 3 iddiaçı - "Kəpəz Müstəqil Teleradio Şirkəti" MMC, "Türkel TV" MMC və "Yevlax TV" MMC iştirak edib. Milli Televiziya və Radio Şurasının qərarına əsasən "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 15.5-ci maddəsinə uyğun olaraq müsabiqədə iştirak edən digər iddiaçılarla müqayisədə daha münasib maddi-texniki bazaya, peşəkar kadr potensialına və bu gün üçün xüsusilə aktual olan yayım konsepsiyasına malik olduğuna görə "Kəpəz Müstəqil Teleradio Şirkəti" MMC regional radio yayım proqramının açılması üçün Gəncə və ətraf ərazilərdə radio üzrə 93.3 MHz işçi tezliyinə elan edilən müsabiqənin  qalibi elan edilib və ona 6 il müddətinə Gəncə və ətraf ərazilərdə radio yayımı üçün xüsusi razılıq (lisenziya) verilməsi barədə qərar qəbul  edilib.
Həmçinin iclasda "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 22.3-cü maddəsinə əsasən "Lider TV və Radio-Azərbaycan" MMC-nin televiziya və əlavə informasiya yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin daha 6 il uzadılması barədə qərar qəbul edilib.

  Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır