Modern.az

Bakıdakı 24 marketdə keyfiyyətsiz ərzaqlar aşkarlandı (siyahı)

Bakıdakı 24 marketdə keyfiyyətsiz ərzaqlar aşkarlandı (siyahı)

25 Fevral 2010, 15:53

Modern.az İqtisadi İnkişaf Nazirliyinə istinadən xəbər verir ki, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin keçirdiyi növbəti monitorinqlər 20-dən çox marketdə saxta və keyfiyyətsiz ərzaq mallarının satışı aşkarlanıb.
Siyahı belədir:

Bakının Nizami rayonunda

- 4 saylı bazarın yaxınlığında yerləşən “Vüsal market”də;
- C.Naxçıvanski küçəsi, 48 ünvanında “Ucuz market”də;
- C.Naxçıvanski küçəsi, 24 ünvanında “Hüseyn market”də;
- C.Naxçıvanski küçəsi, ev 30 ünvanında Natiq Həsənova məxsus mağazada;
- C.Naxçıvanski küçəsi, 2387 ünvanında Fərhad Əskərova məxsus mağazada;
- Rüstəmov küçəsi, 60 ünvanında İlqar Qasımova məxsus mağazada;
- Kolxoz bazarının yaxınlığında yerləşən “Bolluq market”də;
- Cəfərov küçəsi ilə Abbasov küçəsinin kəsişməsindəki “Karvan-K” istehsalat-kommersiya firmasına məxsus mağazada;
- Q.Qarayev prospekti, 25/28-ci məhəllədə Bəhrəm Mehtibəyova məxsus mağazada;
- Q.Qarayev prospekti, 104 ünvanında “Elvin market”də;
- Q.Qarayev prospekti, ev 74A ünvanında Faiq İbrahimova məxsus mağazada;
- C.Naxçıvanski küçəsi, 13 nömrəli binanın yanında Niyar Əkbərovaya məxsus mağazada;
- B.Nuriyev küçəsi, ev 20/116F ünvanında “Qardaşlar market”də;
- Rüstəmov küçəsi, 3 ünvanında Oruc Əliyevə məxsus mağazada;
 
Sabunçu rayonunun Maştağa qəsəbəsində

- Nizami küçəsi, ev 10 ünvanında Fəxrəddin Rəşidova məxsus topdansatış obyektində;
- Nizami küçəsi, 28 ünvanında “Murad market”də;
- H.Heybətov küçəsi, ev 2 ünvanında “Real market”də;
- H.Heybətov küçəsi, ev 13 ünvanında Nemətəli Mustafayevə məxsus mağazada;
- Xanlar küçəsi, ev 1 ünvanında “Ruzi market”də;
- H.Heybətov küçəsində “Ani market”də;
- Şəfail küçəsində “24 saat market”də;
- Seyid İbad Ağa küçəsi, ev 1 ünvanında “Savalan market”də;
- Zuvanov küçəsi, döngə 1 ünvanında “Səma market”də;
 
Nəsimi rayonunda
- 3-cü mikrorayon, A.Mustafayev küçəsi, ev 21, mənzil 18 ünvanında “Göyçə” topdansatış obyektində;
 
Gəncə şəhərində
- İ.Qayıbov küçəsi, 143 ünvanında Fəxrəddin Cəfərova məxsus ərzaq malları mağazasında;
- Ş.Bahəddin küçəsi ilə Vaqif küçəsinin kəsişməsində Ramil Cəlilova məxsus ərzaq malları mağazasında;
- Xətai prospekti, 22 ünvanında “Luna market”də;
 
Xaçmaz şəhərində

- N.Nərimanov küçəsində Zabil Quliyevə məxsus pərakəndə ticarət mağazasında ümumi çəkisi 1,6 tondan çox saxlama müddəti ötmüş və etiketlənməsi normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq məhsulları, o cümlədən kolbasa və qənnadı məmulatları, makaron və un məmulatları, yağlar, süd və süd məhsulları, balıq, konservləşdirilmiş məhsullar, pivə, meyvə şirələri, sular, duz, uşaq yeməkləri düyü, çay, xardal və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati  Xətalar Məcəlləsinə uyğun olaraq inzibati tədbirlər görüləcək.
İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.

Modern.az
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir