Modern.az

Azərbaycanda kişi və qadın sonsuzluğu artıb, ildə 5 min ailə dağılır

Azərbaycanda kişi və qadın sonsuzluğu artıb, ildə 5 min ailə dağılır

25 Fevral 2010, 17:14

Belə bir deyim var: hər kəs ömü boyu 3 şeyi etməlidir-ev tikməli, ağac əkməli və nəsil artırmalıdır. Hər bir yeni ailə quran cütlüyün əsas arzusu valideyn məsuliyyətini yaşamaq, övlad sahibi olmaqdır. Bəzi hallarda hansısa səbəbdən bu arzu gerçəkləşmir. Bütün dünyada, o cümlədən Azərbaycanda kişi və qadın sonsuzluğu getdikcə intensivləşir. Bunu rəsmi statistika da təsdiqləyir.

 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tədqiqatları göstərib ki, sonsuzluq insanlarda müxtəlif psixoloji pozulmalara, şəxsi komplekslərin inkişafına səbəb olur. Aparılan statistik araşdırmalara əsasən bütün dünyada 50-80 milyon insanın sonsuzluqdan əziyyət çəkdiyi qeydə alınıb. Hər il dünyada on minlərlə ailə sonsuzluq üzündən dağılır. ÜST-in məlumatında dünyada hər 5 nikahdan birinin sonsuzluqla nəticələndiyi bildirilir.

Azərbaycanın Dövlət Statistika Komitəsinin məlumatına görə, son üç ildə ölkədə pozulan nikahların təxminən 15 mini sonsuzluqdan əziyyət çəkən ailələr olub.

Azərbaycanlı həkimlər sonsuzluğu çox mürəkkəb kompleks problem hesab edərək onun müxtəlif səbəblərdən yarana biləcəyini bildirirlər. Həkim-androloq Elmira Hüseyova sonsuzluğun 2 yerə (qadın və kişi sonsuzluğu) ayrıldığını deyir. Müsahibimizin sözlərinə görə, tibbi araşdırmaların nəticələri göstərib ki, son illər Azərbaycanda kişi sonsuzluğu artmaqdadır. Dünyada ailələrin övladsızlığının 30-50 faizi, Azərbaycanda isə 40-50 faizi kişilərlə bağlıdır. Səhiyyə Nazirliyinin adının çəkilməsini istəməyən mütəxəssisi sə faktı təsdiq edib. Bu qrumudan onu da bildiriblər ki, Azərbaycanda qadın sonsuzluğu halları da çoxalmaqdadır. Əgər 2000-ci ildə sonsuzluğa görə ilk dəfə qeydə alınan qadınların sayı 726 nəfər olubsa, 2009-ci ildə bu rəqəm 1700-ə çatıb. Rəsmi statistikaya görə, Azərbaycanda hər il 14-29 yaşda olan gənclər arasında sidik-cinsiyyət sisteminin xəstəliklərinə görə, ilk dəfə qoyulmuş diaqnozla qeydə alınmış xəstələrin sayı xeyli çoxalıb. Son üç ildə belə xəstələrin sayı 50 min nəfərdən çox olub. Azərbaycanlı kişilər arasında prosta vəzinin xəstəlikləri də çoxalıb ki, bu da cinsi fəaliyyəti zəiflədən səbəblər sırasına daxildir. Gənclər arasında sidik-cinsiyyət sisteminin xəstəliklərinin artması sonsuzluğu artıran faktorlardan biridir.

Sonsuzluq problemini araşdıran həkim E.Hüseyovanın sözlərinə görə, hazırda sonsuzluğun əsas səbəbi infeksiyalardır. O, Azərbaycanda kişi sonsuzluğuna səbəb olan infeksiyaların artdığını deyib. Tibbi təhlillərə görə, Azərbaycanda sonsuzluqla bağlı müalicə müəssisələrinə müraciət edən hər 100 pasiyentdən 80-də infeksiyalar aşkar olunur. Ümumilikdə isə kişi pasiyentlərin 52,2 faizində sonsuzluğa infeksiyaların səbəb olduğu müəyyənləşdirlib. Mütəxəssis bildirir ki, xarici ölkələrə gediş-gəlişin artması infeksiyaların çoxalmasına səbəb olan əsas amillərdir. Mütəxəssislərin hesablamalarına görə, kişi sonsuzluğunun nə az, nə zox 16 səbəbi var.

Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun məlumatına görə, ölkəmizdə kişi sonsuzluğunun artmasının əsas səbəbi infeksiyalarla yanaşı, stress, müharibə şəraiti, endokrin və genetik amillər, ekoloji və sosil vəziyyət, qohumların ailə qurması, düzgün qidalanmama, siqaret, içki, narkotik maddələrə aludəçilikdir. Araşdırmalar onu da göstərib ki, Azərbaycanda sadalanan aimllər həm də impotensiyaya səbəb oldub və hazırda kişilərdə cinsi zəiflik problemi geniş yayılıb. “Sadəcə, çoxları bunu aşıb-ağartmaqdan utanır. Seksual pozulmaları olan kişilərə, oğlanlara buna görə vaxtında həkimə müraciət etməyi məsləhət görürəm”-deyə həkim E.Hüseynova qeyd edib.

Hazırda Azərbaycanda sonsuzluq xəstəlyinin müalicəsilə müxtəlif tibb müəssisələrində məşğul olurlar. Müsahibimizin sözlərinə görə, müasir tibbin nailiyyətləri ilə sonsuzluq probleminə son qoymaq mümkündür. Müalicənin çoxşaxəli və son metodlara əsasən aparıldığı qeyd edilir.

Bakı Baş Səhiyyə İdarəsindən əldə etdiyimiz məlumata görə, son vaxtlar bu qurumda 3 yaşınadək uşağı övladlığa götürmək üçün növbədə dayanan şəxslər arasında sonsuzlar da az deyil. Adəm Qorxmaz

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir