Modern.az

Dübay polisi baş nazirin həbsini tələb edir

Dübay polisi baş nazirin həbsini tələb edir

Dünya

3 Mart 2010, 09:49

Dübay polisi İsrailin baş naziri Benyamin Netanyahunun həbs olunmasını tələb edir. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Dübay polis rəisi “Həmas” liderlərindən Mahmud əl Mabuhun qətli ilə əlaqədar Netanyahu və “Mossad” xüsusi xidmətinin rəhbəri Meyr Daqanın həbs olunmasını tələb edir. Polis şefi Mabuhun qətlinn arxasında məhz Netanyahu və “Moosad” rəhbərinin dayandığına  əmin olduğunu bildirib. Polis adı çəkilən şəxslərin həbs olunması üçün prokurordan order istəyəcək. Xarici mətbuat  yazır ki, İsrail hakmiyyəti Dübay polisinin bu açıqlamasını nə təsdiq, nə də təkzib edir.

Xatırladaq ki, Mahuh yanvarın 19-da Dübaydakı otellərdən birində qətlə yetirilib. İsrail Mabhu İrandan Qəzza sektoruna silah çatdırılmasına  nəzarət etməkdə ittiham  edib. İstintaq gedişində məlum olub ki, Mabuhu öldürmək üçün bir qrup Avstraliya və bir sıra Avropa ölkələrinin saxta pasportları ilə Dübaya gedib. 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü