Modern.az

Səfurə Əlizadə: "Mənim seçilməyimə etirazları normal qarşılayıram"

Səfurə Əlizadə: "Mənim seçilməyimə etirazları normal qarşılayıram"

4 Mart 2010, 18:47

 

  st1:*{behavior:url(#ieooui) }

“Eurovision-2010”da Azərbaycanı tanıdacaq mahnı martın 18-də məlum olacaq. Modern.az-ın məlumatına görə, bu gün keçirilən mətbuat konfransında ölkəmizi bu beynəlxalq yarışmada təmsil edəcək Səfurə Əlizadə belə deyib.

“Eurovision-2010” müsabiqəsi üzrə Azərbaycan nümayəndə heyətinin rəhbəri Adil Kərimli isə bildirib ki, mahnı İsveçdə yazılacaq: - Azərbaycan bəstəkarlarından heç kim mahnı təqdim etməyib. Bu səbəbdən Osloda oxunacaq mahnı xarici bəstəkarlarının təqdim etdiyi bəstələrdən seçiləcək.

Adil Kərimli onu da vurğulayıb ki, seçim turunda heç bir saxtakarlığa yol verilməyib. Səfurənin seçilməsində nəinki mütəxəssislərin rəyi, həmçinin sosial sorğular da nəzərə alınıb: “Namizədlər arasında “Eurovision” formatına tam uyğun Səfurə Əlizadə idi”.

Safurə Əlizadə isə qeyd edib ki, özünə inanır: “Çalışacam Azərbaycanı uğurla təmsil edim”. S.Əlizadə onun seçilməsinə etiraz edənlərin rəyini də normal qarşıladığını deyib. Təhminə Paşayeva

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır