Modern.az

Qənirə Paşayeva prezidentlə görüşüb

Qənirə Paşayeva prezidentlə görüşüb

Aktual

27 Mart 2013, 16:13


Millət vəkili  Qənirə Paşayeva Moldovanın Qaqauz muxtar regionunun prezidenti Mihail Formuzal ilə görüşüb. Modern.az xəbər verir ki, görüşdə  millət  vəkili  Azərbaycan və  qaqauz türklərinin eyni kökənli,  qardaş  olduğunu  bildirib və  Azərbaycanla Qaqauz muxtar regionu arasında əlaqələrin getdikcə daha da genişlənməsindən məmnunluğunu ifadə edib. Azərbaycan ilə Moldova, o cümlədən Qaqauz muxtar regionu arasında əlaqələrin getdikcə daha da inkişaf etdiyini deyən Qənirə Paşayeva Azərbaycanın hər zaman Qaqauz muxtar regionundakı qardaş-bacılarımızın yanında olduğunu deyib. Görüş zamanı  Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikir mübadiləsi də aparılıb.

Qardaş Azərbaycana dəfələrlə səfər etdiyini və Azərbaycanı çox sevdiyini deyən Moldovanın  Qaqauz  muxtar regionunun prezidenti Mihail Formuzal Azərbaycan dövlərinə, rəhbərliyinə, prezident İlham Əliyevə hər zaman Qaqauz muxtar regionuna verdiyi dəstəyə görə xüsusi təşəkkür edib və hər iki qardaş xalq arasında əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb. O deyib ki, Azərbaycanla Qaqauz muxtar regionu arasında əlaqələr daha da inkişaf edir və onun sürətlənməsi üçün səyləri daha da artıracaqlar. Qaqauz  muxtar regionunun prezidenti Mihail Formuzal millət vəkili Qənirə Paşayevanı Qaqauziyaya dəvət edib və bildirib ki, özü də yaxın zamanlarda Azərbaycana səfər etməyi düşünür.

Millət vəkili Qənirə Paşayeva Qaqauz  muxtar regionunun prezidenti Mihail Formuzala Azərbaycan həqiqətləri, mədəniyyəti, tarixi barədə materiallar hədiyyə edib.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır