Modern.az

Obama ABŞ-ın Bakıdakı səfirliyə əmr etdi

Obama ABŞ-ın Bakıdakı səfirliyə əmr etdi

Aktual

16 Aprel 2013, 20:58


ABŞ prezidenti Barak Obama Boston şəhərində baş verən partlayışlarla bağlı əmr verib. Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, Obama ölkədə və xaricdə fəaliyyət göstərən diplomatik korpuslara və səfirliklərə hadisə ilə bağlı Amerika bayraklarının yarı vəziyyətdə endirilməsini tapşırıb.

Ağ evdən verilən rəsmi açıqlamada qeyd olunub ki, aprelin 20-i günəş batana kimi Amerika bayraqları endirilməlidir.

Obama bütün səfirliklərə bu əmri icra etməyə çağırıb.

Anar RÜSTƏMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır