Modern.az

İlham Əliyev Çin Xalq Respublikasının Sədrinə başsağlığı verib

İlham Əliyev Çin Xalq Respublikasının Sədrinə başsağlığı verib

Aktual

20 Aprel 2013, 15:32


Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə Sıçuan vilayətində baş vermiş zəlzələnin doğurduğu ağır nəticələrlə bağlı başsağlığı verib.

Modern.az bildirir ki, "Hörmətli cənab Sədr, Sıçuan vilayətində baş vermiş zəlzələnin doğurduğu ağır nəticələr barədə xəbər bizi son dərəcə sarsıtdı. Bu faciə ilə əlaqədar kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost Çin xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram." - deyə, İlham Əliyev başsağlığı məktubunda deyib.

   Modern.az  
Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı