Modern.az

Milli Qəhrəmanlar cəbhə xəttinə getdilər

Milli Qəhrəmanlar cəbhə xəttinə getdilər

Aktual

22 Aprel 2013, 17:04


Bölgədə ən qüdrətli hərbi güc olan Milli Ordumuzun əsgərləri ilə ictimaiyyət nümayəndələrinin mütəmadi görüşləri xoş ənənəyə çevrilib. "Azərbaycan Respublikası Milli Qəhrəmanlar Birliyinin üzvləri də növbəti belə görüşlər silsiləsində qərb bölgəsində düşmənlə sərhəddə yerləşən hərbi hissələrdəki əsgərlərimizə baş çəkiblər.

"Azərbaycan Respublikası Milli Qəhrəmanlar Birliyinin sədri Mirbəşir Seyidzadə, Birliyin bir qrup idarə heyətinin üzvlərindən  Ədalət Məhərrəmov, İlham İsmayılov, Mübariz Zülfüqarov və Seyidağa Murtuzov Tovuz rayonunda Ermənistanla ön cəbhədə yerləşən "N" saylı hərbi hissədə əsgərlərlə görüş keçiriblər. Əsgərlər qarşısında çıxış edən Birliyin Sədri Mirbəşir Seyidzadə qeyd edib ki, inkişaf sürətlərinə görə dünya ölkələri arasında birincilərdən olan Azərbaycanın Milli Ordusu da Ali Baş Komandanın qətiyyətli strateji xətti nəticəsində beynəlxalq siyasət aləmində hesablaşılması zəruri olan güclü faktora çevrilib. Həmçinin Silahlı Qüvvələrimizin ən qabaqcıl hərbi texnika və sursat ilə təmin olunması, Azərbaycan əsgərinin xidmət şəraitinin ən yüksək təlabatlar səviyyəsinə çatdırılması onu deməyə əsas verir ki, işğal altında olan torpaqlarımızın azad olunacağı gün uzaqda deyil!

"Azərbaycan Respublikası Milli Qəhrəmanlar Birliyinin nümayəndə heyəti əsgərlərin məişət şəraiti ilə də tanış olublar və hərbi hissənin yeməkxanasında əsgər naharının dadına da baxıblar.
Sonra görüşlər ön cəbhədəki mövqelərimizdə davam etdirilərək səngərlərdə və keşikçi məntəqələrdə növbə çəkən övladlarımıza baş çəkiblər. Onlarda əsgərlərimizin xidmət şəraiti qürur hissi doğurub.

"Azərbaycan Respublikası Milli Qəhrəmanlar Birliyi"nin Sədri Mirbəşir Seyidzadə  ön xəttə xidməti borcunu yerinə yetirən hərbçilərimizə xatirə hədiyyələri-qol saatı verib. 
Qeyd edək ki, "Azərbaycan Respublikası Milli Qəhrəmanlar Birliyi" bir il əvvəl yaradılıb. Cərgələrində Milli Qəhrəmanlar və onların yaxınlarını birləşdirən bu təşkilatın əsas məqsədi vətənpərvərlik hisslərinin gücləndirilməsidir. 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır