Modern.az

Tələbə qızlar üçün dəyirmi masa keçirilib

Tələbə qızlar üçün dəyirmi masa keçirilib

Aktual

22 Aprel 2013, 16:21

Azərbaycan Pedoqoji Universitetində tələbə qızlar üçün mərhum prezident Heydər  Əliyevin     90-llik  yubiliyenə həsr edilmiş “Zorakılıqsız ailə-zorakılıqsız cəmiyyət” adlı dəyirmi masa keçirilibr. Dəyirmi masa  Pedoqoji Universitetinin “Gender Təhsili Araşdırmalar Mərkəzi” və Azərbaycan Respublikası Qızıl Aypara Cəmiyyətin Pedoqoji Universitetindəki təşkilatı  tərəfindən təşkil edilib.

Tədbirdə tələbə qızlarla yanaşı Azərbaycan Pedoqoji Universitetinin müəllimləri, qadın QHT-lərin nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Millət vəkili Məlahət Ibrahimqızı, Gender Mərkəzinin  təmsilçisi  Bakı Dövlət Universitetinin dossenti Tamam Cəfərova, Qızıl  Aypara  Cəmiyyətinin  Pedoqoji  Universitetindəki  təşkilatının sədri pedoqoji elmlər doktoru Jalə Qədimova, Azərbaycan  Respublikası Qızıl Aypara Cəmiyyətinin Sağlamlıq və Qayğı Şöbəsinin müdiri Mətanət Qaraxanova, “Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova, məruzələr ilə  çıxış ediblər.  

Dəyirmi masada tələbə-müəllim heyətinin iştirakı ilə maraqlı müzakirə keçirilib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir