Modern.az

“Eurovision” təmsilçimiz artıq məşqlərə başlayır

“Eurovision” təmsilçimiz artıq məşqlərə başlayır

Aktual

6 May 2013, 18:28


Bu ilin mayında İsveçin Malmö şəhərində keçiriləcək “Eurovision-2013” mahnı müsabiqəsində iştirak edəcək ölkələrin nümayəndələrinin məşqlərinə artıq bu gündən başlanılıb. Modern.az Eurovision.tv-ə istinadən bildirir ki, “Eurovision” səhnəsində artıq iştirakçıların birinci məşqləri başlanılıb.

Bu gün artıq Avstriya, Estoniya, Sloveniya və Xarvatiyadan olan iştirakçılar birinci məşqlərini ediblər. Azərbaycanı “Hold me” mahnısı ilə təmsil edən Fərid Məmmədovun isə ilk məşqi mayın 8-də, ikinci məşqi isə mayın 11-də olacaq.

Qeyd edək ki, Fərid Məmmədov Malmö şəhərində 16 May tarixində "Hold Me" mahnısını Eurovision Mahnı Müsabiqəsinin 2-ci yarım Final Mərhələsində 4 nömrə altında  ifa edəcək.

Aytən ƏLİYEVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır