Modern.az

Rəmişin həyat yoldaşı: “Bu xəbər hardan çıxdı, Rəmişin oğlu yoxdu axı...”

Rəmişin həyat yoldaşı: “Bu xəbər hardan çıxdı, Rəmişin oğlu yoxdu axı...”

Mədəni̇yyət

21 May 2013, 11:49

Bu gün tanınmış gitara ifaçısı Rəmişin oğlunun (Rakif Hüseynov) həbsdən azad olunması ilə bağlı xəbər yayılıb. Modern.az məsələ ilə bağlı sənətkarla əlaqə saxlamağa çalışıb. Rəmişin həyat yoldaşı Gülü xanım isə sensasion açıqlama verib. Həmin fikirləri olduğu kim sizə təqdim edirik:

“Rəmiş indi yatıb. Sənin qadan alım, onun oğlu yoxdur. Bu xəbəri hardan çıxarıblar? Rəmişin iki qızı var, dörd nəvəsi. O, Rakif Rəmişdən 4-5 yaş balacadır. Rəmiş cavanlıqda onların evində kirayədə qalıb. Kişi xeylağıdır da. Onun anası ilə “salam əleyküm”ü olub. Bilirsiniz də nəyi deyirəm? Həbsxanada olanda da Rəmişin adından istifadə edib. Rəmiş dedi ki, eybi yox, dardadır, qoy adımdan istifadə eləsin”.

  İntiqam Valehoğlu  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı