Modern.az

Endi Uorholun sərgisinin banerləri Bakıda - FOTOLAR

Endi Uorholun sərgisinin banerləri Bakıda - FOTOLAR

Aktual

3 İyun 2013, 13:08

Məşhur amerikalı rəssam Endi Uorholun (Andy Warhol) iyunun 21-də Heydər Əliyev Mərkəzində açılışı olacaq sərgisinin banerləri Bakı küçələrində quraşdırılıb. Bu barədə Heydər Əliyev Mərkəzindən Modern.az-a məlumat verilib.

Endi Uorholun Bakıda keçiriləcək ilk sərgisinin rəsmi açılış mərasimində Endi Uorhol Muzeyinin nümayəndələri, yerli və xarici qonaqların iştirakı nəzərdə tutulub.   Dünyada böyük maraqla qarşılanan rəssamın Bakıda təşkil olunacaq “Həyat, ölüm və gözəllik” sərgisində 100-dək əsər nümayiş etdiriləcək.  

Bu sərgi Heydər Əliyev Mərkəzinin dünya mədəniyyətinin Azərbaycanda tanıdılması, müxtəlif ölkələrin mədəniyyətləri arasında körpü yaratmaq fəaliyyəti çərçivəsində təşkil olunur.   Üç ayadək davam edəcək sərgidə yerli və beynəlxalq ictimaiyyətin, Endi Uorhol sənətinin pərəstişkarlarının rəssamın əsərləri ilə yaxından tanışlıq imkanı olacaq.  

Endi Uorhol (1928-1987) rəssamlıqla yanaşı, prodüser, yazıçı, kinorejissor kimi də fəaliyyət göstərib. O, müasir incəsənətdə pop-art hərəkatının parlaq nümayəndələrindəndir.


 

Modern.az    
Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır