Modern.az

İctimai Birlik parlamentə və hökumətə təkliflər təqdim edib

İctimai Birlik parlamentə və hökumətə təkliflər təqdim edib

Aktual

12 İyun 2013, 16:15



“Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Fiziki  cəhətdən  qüsurlu gənclərin əmək fəaliyyətinə dəstək” layihəsi yekunlaşır.

“Fiziki  cəhətdən  qüsurlu gənclərin əmək fəaliyyətinə dəstək” layihəsi çərçivəsində Milli Məclisin Sosial siyasət komitəsi, Dövlət Sosial Müdafiə Fondu, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq edilərək real vəziyyət araşdırılıb,  hazırlanmış ilkin təkliflər dövlət qurumlarının əməkdaşları və QHT təmsilçilərinin iştirakı ilə keçirilən debatda müzakirəyə çıxarılıb. “Rəvan” İctimai Birliyi rəy və tövsiyələri nəzərə almaqla fiziki cəhətdən qüsurlu gənclərin əmək fəaliyyətinə dəstək məqsədi ilə hazırlanan təklifləri Nazirlər Kabinetinə, Milli Məclisə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Dövlət Sosial Müdafiə Fonduna ünvanlayıb. Eyni zamanda bu təkliflərin QHT-lər tərəfindən dəstəklənməsi və cəmiyyətə çatdırılmasının qanunverici orqan və müvafiq dövlət qurumları qərarlar qəbul edərkən bu məsələləri nəzərə almalarına zəmin yarada biləcəyini nəzərə alaraq, həmin təkliflər əlillər təşkilatlarına da  təqdim edilib.

Həmin təkliflər sırasına gənc əlillərin (əlillik dərəcəsi nəzərə alınmaqla) idarə, müəssisə və təşkilatlarda çalışmalarına şəraitin olması üçün idarə, müəssisə və təşkilatların yerləşdikləri bina və qurğularla bağlı milli standartın qəbul edilməsi:
dövlət qurumlarında da əlillər üçün iş yerləri ilə bağlı kvota müəyyənləşdirilməsi, dövlət qurumlarında əlillər üçün müəyyən kvotalar üzrə işə götürülmənin statistikasının aparılması;
əlillərin kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul edilməməsinə, habelə dövlət büdcəsinə vəsait köçürülməməsinə görə müəyyən edilən cərimənin miqdarının artırılması;
Əlillər Fondu yaradılması və bu cərimələrin həmin Fondda yığılaraq əlillərin sosial-iqtisadi problemlərinin həllinə sərf olunması və digər məsələlər daxil edilib.

Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır