Modern.az

Milli Şuranın mitinq keçirəcəyi rayonların adları açıqlandı - SİYAHI

Milli Şuranın mitinq keçirəcəyi rayonların adları açıqlandı - SİYAHI

13 Sentyabr 2013, 12:26

Milli Şura seçkiöncəsi bölgələrdə silsilə aksiyalar keçirəcək. Bu barədə Modern.az saytına Milli Şuranın AXCP-dən olan üzvü Həsən Kərimov məlumat verib. Bildirib ki, artıq bölgələrdə keçiriləcək aksiya və görüşlərin qrafiki tam hazırdır.

AXCP rəsmisinin sözlərinə görə, vahid namizəd Cəmil Həsənli rayonlara səfər edərək yerlərdə sakinlərlə görüşəcək. O qeyd edib ki, aksiyalarda Milli Şura rəhbərliyi də iştirak edəcək:

“Seçkiöncəsi bölgələrdə keçiriləcək aksiyaların qrafiki hazırlanır. Milli Şura silsilə olaraq regional aksiyalar keçirəcək. Bundan əlavə, bölgələrdə qapalı görüşlərimiz də olacaq. Artıq bununla əlaqədar Müsavat və AXCP olaraq regional şöbələrə tapşırıqlar vermişik.
Milli Şuranın regionlara səfəri Bakıda keçiriləcək aksiyadan sonra baş tutacaq. Bundan sonra Cəmil müəllim və vəkilləri rayonlara ezam olunacaqlar. Vaxt az olduğundan Cəmil müəllim bütün bölgələrə səfər edə bilməyəcək, amma onu vəkilləri əvəz edəcəklər”.

H.Kərimov bildirib ki, Milli Şuranın 10-a yaxın bölgədə aksiya keçirməsi planlaşdırılır.

“Aksiyalarla bağlı Şəki, Yevlax, İmişli, Saatlı, Sabiradad, Qəbələ, Şamaxı və İsmayıllıdan müraciətlər daxil olub. Bu rayonlarda keçiriləcək aksiyalarda Milli Şura rəhbərliyi də iştirak edəcək”-deyə AXCP rəsmisi vurğulayıb.

Anar RÜSTƏMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır