Modern.az

Sabah 29 dərəcə isti olacaq - HAVA

Sabah 29 dərəcə isti olacaq - HAVA

Aktual

13 Sentyabr 2013, 12:49

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 14-də hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Gün ərzində hava əsasən yağmursuz olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyinə keçəcək.

Havanın temperaturunun gecə 18-21, gündüz 25-29 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava əsasən, yağmursuz olacaq. Səhər ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək.

Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 17-22, gündüz 24-29, dağlarda gecə 7-12, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır