Modern.az

Azərbaycanlı nazirin oğlu Amerikada ağac əkdi - FOTOLAR

Azərbaycanlı nazirin oğlu Amerikada ağac əkdi - FOTOLAR

Aktual

13 Sentyabr 2013, 13:23

Azərbaycanlı iş adamı Anar Məmmədov ABŞ-da 11 sentyabr hadisələri zamanı Pensilvaniyada həlak olmuş şəxslərin xatirəsinə ucaldılan Memorial kompleksin təməl qoyma mərasimində iştirak edib.

Modern.az-ın məlumatına görə, Anar Məmmədovun təşəbbüsü ilə faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsi üçün ağacəkmə aksiyası keçirilib:

“O dəhşətli hadisələr zamanı terrorçuların ələ keçirdikləri daha bir təyyarə Ağ Evin binasına çırpılmalı idi. Lakin təyyarənin göyərtəsində olan igid insanların səyi nəticəsində, terrorçular istəklərinə nail ola bilmədilər və təyyarə Pensilvaniya ərazisində yerə düşdü və bu zaman təyyarənin göyərtəsində olan 7 ekipaj üzvü və 33 sərnişin həlak olub.

Bu günlərdə isə həmin hadisə qurbanlarının xatirəsini əbədiləşdirmək üçün Pensilvaniya ərazisində Memorial kompleksin təməl qoyma mərasimi keçirildi.

Təməli qoyulan Memorial kompleksə aparılan yolda Azərbaycan xalqından faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsi üçün yüz qayın ağacı əkildi. Həmin ağacların üzərində onların həmin dəhşətli hadisədə həlak olanların xatirəsinə məhz Azərbaycan xalqının adından əkildiyi yazılacaq.

Onu da qeyd edim ki, 150 min ağac əkilmiş Memorial ərazisinin 1 hektarı Azərbaycana ayrılıb”-deyə Anar Məmmədov açıqlama verib.


Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır