25 iyun 2017, Bazar
Ana Səhifə - FOTOSÖHBƏT - Xalq şairi Zəlimxan Yaqubla FOTOSÖHBƏT
Xalq şairi Zəlimxan Yaqubla FOTOSÖHBƏT
10.01.2016, 10:45

Modern.az saytı xalq şairi Zəlimxan Yaqubun vəfatı ilə əlaqdəar onunla yayımlanmış FOTOSÖHBƏT layihəsini yenidən təqdim edir. 

Yaqubov Zəlimxan Yusif oğlu (Zəlimxan Yaqub) - 1950-ci il yanvarın 21-də Borçalının Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olub.

1967-1972-ci illərdə Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini bitirib.

1973-cü ildən 1978-ci ilə qədər "Azərkitab" sistemində, "Kitab pasajı" adlı kitab dükanında satıcı, baş satıcı, şöbə müdiri, 1975-ci ildən 1985-ci ilə qədər Azərbaycan Könüllü Kitabsevərlər Cəmiyyətində təbliğat şöbəsində redaktor, şöbə müdiri, 1987-ci ildən 1994-cü ilə qədər "Yazıçı" nəşriyyatında poeziya şöbəsində redaktor, şöbə müdiri vəzifələrində çalışıb.

1995-2005-ci illərdə Milli Məclisin deputatı olub.

İlk şeiri 1966-cı il oktyabrın 4-də, Gürcüstan SSR Bolnisi rayon qəzeti "Qələbə bayrağı"nda dərc edilib.

1983-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

2005-ci ildə "Azərbaycanın xalq şairi" fəxri adına layiq görülüb.

2008-ci il avqust ayının 29-da Azərbaycan aşıqlarının V qurultayında Azərbaycan Aşıqlar Birliyinin sədri seçilib.

1994-cü ildən Azərbaycan Respublika Prezidenti yanında Əfv Komissiyasının üzvüdür.

Zəlimxan Yaqub 2 qız, 2 oğul və 9 nəvə sahibidir.  

<p">

 

Orta məktəb yoldaşlarım. Mövlud və Süleymanla... Uşaqlığın dadı-duzu başqaydı...

 

Belə gözəl, səfalı yerlərdən su içə bilməyin özüdə bir xoşbəxtlikdir...  Gəncilk dövrüm.

 

1973-cü il... Hərbi xidmətdə dostum Osmanla...

Atam Yusif müəllim... O çox savadlı və geniş dünyagörüşünə malik bir şəxsiyyət idi...

 

Onun üçün ən gözəl şeirlər yazmışam. Ancaq hələ onun adına olan əsəri Allah göydən yerə endirməyib. Anam, başımın tacı Güllü xanım..

 

Qardaşım Bəhramla... 

 

Qardaşlarım Bəhram və Çingizlə....Biz bir-birimizlə həm qardaş, həm də çox yaxın dost olmuşuq...

 

Sahibə xanım və oğlanlarım - Bəhlul və Şəhriyar. Onlar bizim fəxrimiz, arxa-dayağımızdır...

 

Maraqlı şəkildi. Əlimdəki silahla nəyi hədəf almışam...?

 

Qaraxaç yaylağında qohumların ətrafındayam .

Cavanlığın qədrini vaxtında bilmək lazımdır...

 

Atam Yusif müəllim və dayım Hacı Murad. Mən onların hər ikisi ilə fəxr etmişəm. Çünki həm güclü təfəkkürə, həm də geniş dünyagörüşünə malik şəxslər idilər.. 

 

Səməd Vurğunun məzarını ziyarət zamanı... Dahilər ölmür, onlar bizim qəlbimizdə hər zaman yaşayır..

 

Xalq yazıçımız Yusif Səmədoğlu və Ələddin İbrahimovla.. Söhbətimiz şəkildən də göründüyü kimi, çox maraqlı idi ...

 

Xalq şairi Hüseyn Ariflə... Hərdən maraqlı, duzlu-məzəli zarafatları ilə bizləri çox əyləndirərdi...

 

Məmməd Araz və Şəkər Aslan... Onların çox yaxşı yoldaşlığı olub.. 

 

Gürcüstan prezidenti Eduard Şevarnadze ilə. Tbilisdə Gürcüstan və Azərbaycan ziyalıları ilə maraqlı bir görüşdən sonra çəkilən xatirə şəkli.

Paris. Viktor Hüqonun ev muzeyini ziyarət edirəm.

 

Böyük Çin səddi... Ulu öndər və Azərbaycan nümayəndə heyəti ilə bir arada...

 

Bakı. Aşıq Şəmşiri ziyarət zamanı bir dostumuz tərəfindən çəkilən xatirə şəkli...

 

Sevimli aktrisamız Afaq Bəşirqızı və ölməz sənətkarımız Yaşar Nuri ilə...  Gülüş ustalarımızla görüş hər zaman maraqlı olub.. 

 

Xalq artistimiz Mikayıl Mirzə ilə. O bədii qiraətçi kimi də xalq arasında hər zaman sevilib.

 

Xalq rəssamı Tahir Salahov, keçmiş deputatlar Şaiddin Əliyev və Fikrət Sadıqovla  Kəbədə "qara daşı" ziyarət zamanı...

 

Məkkə ziyarət zamanı. Ulu öndər Heydər Əliyev,  İlham Əliyev və Şeyxülislam Hacı Allahşükür Paşazadə ilə.. Çox uzaqdan düşsəm də, bu cür insanlarla müqəddəs yeri ziyarət etmək mənə də nəsib oldu...

 

Gürcüstan. Prezident Eduard Şevarnadze məni “Şərəf” ordeni almağım münasibətilə təbrik edir. 

 

Parisə gedibdə Eyfel qülləsini görmədən gəlmək olmazdı....

 

Çeçen lideri Aslan Məhsədov ilə görüş və söhbət maraqlı idi.. .

 

Amerikaya gedib “Ağ evi” ziyarət etmək və onun qarşısında şəkil çəkdirmək mənim də arzum olub... Bu arzum reallaşdı...

 

Xalq şairimiz Qabillə.. O mənim üçün sözün həqiqi mənasında xalqın şairidir... 

 

İstanbul. Dostlarımla bir yerdə...

 

İbrahim Tatlısəs, Nizami Cəfərov və mən. Bu şəklə baxanda fikirləşirəm ki, uca yaradanın verdiyi canı əzrail belə gəlsə, ala bilməz... 

 

Oynadığı maraqlı səhnələri hər kəsin qəlbində özünəməxsus yeri olan  rəhmətlik Nəsibə Zeynalova ilə...

 

Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan və xalq yazıçısı Anarla görüşdən bir fraqment

 

Hər ocaq yetirməz, hər ana doğmaz dünyaya pak gəlib, pak gedənləri.... Murtuz Ələsgərov və Arif Rəhimzadə ilə...

 

 Ulu öndər Heydər Əliyevlə... Siyasi xadim və bir şəxsiyyət kimi çox maraqlı insan idi...

 

Kimi topları susdurur ağlıyla, əsəriylə. Kimi qanı dayandırır sözünün kəsəriylə... 

 

50 illik yubileyimi qeyd edirik. Ümumilli lider Heydər Əliyev və sənət dostlarımla bir arada... 

 

Milli Məclisin rəhbərliyi arasında olmaq həm fəxr, həm də böyük məsuliyyətdir... 

 

İki deputat parlamentdə söhbət zamanı...

 

Abbas Abbasov və Rusiyanın Azərbaycandakı səfiri Nikolay Ryabovla çox maraqlı siyasi fikir mücadiləsi aparırıq. Arada zarafat etməyi də unutmuruq... 

 

Nəqliyyat naziri Ziya Məmmədovla... 

Parlamentdə Bəxtiyar Vahabzadə və Həsən Həsənovla nəyisə müzakirə edirik...

 

Vaqif Səmədoğlu, Anar və Rafael Hüseynovla parlamentdə ..

 

 Ulu öndər Heydər Əliyev və ziyalılarla Hüseyn Cavidin məqbərəsinin açılışındayıq...  

 

Fəttah Heydərov həm millət vəkili, həm də şəxsiyyət kimi önəmli bir insadır... 

 

Parlamentdə fasilə zamanı maraqlı söhbətlər edərdik. Bu da o söhbətlərdən biri... 

Generallar Zahid Dünyamalıyev, Ramil Usubov və Əsgər Ələkbərovla tədbirlərində birində..

 

Siyasi mühitdə pak və bakirə hisslərimi, zərrə qədər də itirməmişəm və itirməyəcəm də. Bu, insanın özündən asılıdır.  Siyasi burulğanlardan, tufanlardan asılı deyil ...

 

Bir qəribəm, qürbətimdir, bir Məcnunam, həsrətimdir. Bir Kərəməm, hicrətimdi, sarıldığım sazdı mənim. Bu şəklə belə şərh verərdim...

 

Nəriman Həsənzadə, Həsən Həsənov və Qəzənfər Paşayevlə toy məclislərinin birində..

 

Hansısa toy məclisindəyik. Ziyafət Əsgərov və dostlarla.. 

 

Oğlum Bəhlulun  şad günü...

 

Güllü xanım hamımızın anasıdır... Mən və oğlum ailəsi ilə..

 

Nəvələrlə bir yerdə olarkən vaxtın necə keçdiyini belə, bilmirik...

 

Qızım və nəvələrimlə.

 

Oğlum Şəhriyar həm dayağım, həm fəxrimdir...

 

Qızımın ailəsi ilə..

 

Anam, başımızın tacı və nəvəmlə həyətimizdə çəkilən bir şəkil...

 

 Bu şəklə baxanda ona həsr etdiyim bir şerim yadıma düşür...

Həyatın yolları yayla qış kimi
İstidi, bürküdü, borandı, qardı.
Mənim taleyimi, gələcəyimi
Düşünə-düşünə saçın ağardı
...Necə saçlarını ağartmışamsa elədə üzünü ağardacağam...

 

 Pərvin ARZUQIZI


08.10.2013, 15:01

Yaxsi ovlad oldun atana hem anana,esl vedendas oldun oz eline obana,omrun uzun olsun gereksen Azerbaycana

Tengiz
21.10.2013, 09:29

Şairə eşq olsun. Can sağlığı arzu edirəm.

MAHİR QABİLOĞLU
28.10.2013, 10:50

Zəlimxan müəllim, atam haqqında şəklin altında yazdığınız söz bir şeyi yadıma saldı. Siz xalq şairi adı almamışdan qabaq deyirdi: "Zəlimxan Yaqub Xalq şairi adına layiqdir"

Məleykə
28.10.2013, 15:51

Sizə Ulu tanrımızdan şəfalarvə uzun ömür arzulzyıram. Allah sizi xalqımıza çox görməsin.

Azer
29.10.2013, 18:10

Hüseyn Arif dahi şəxsiyyət olub. Tamada Zəlimxanı da o cərgəyə qatıb. İndi rəhmətliyin şəklinin altında yazdığı kommentə bax: "... bizi əyləndirirdi"

Yusif Alı Afşar
14.11.2013, 16:54

Zəlimxan Yaqub haqqında söz demək sözün həqiqi mənsaında çox çətindir. Çünki Zəlimxan Yaqub Azərbaycan ədəbiyyatında sözün ağırlığı ilə sözün çəki etalonunu, sözün sinonimliyi ilə sözün məsafə etalonunu, sözün təsiri ilə sözün təzyiq etalonunu və digər söz etalonlarını kəşf etmiş zirvədir. Zəlimxan Yaqub 21-ci əsrdə milyonlarla həmmüasiri ilə yaşasa da 100-200 ildən sonra o milyonlarin icindən çıxmış 10-luqda olacaq... Şairə Tanrıdan can sağlığı arzu edirəm.

NURULLA ƏLİYEV
17.11.2013, 09:14

ZƏLİMXAN YAQUBU 1973-CÜ İLİN AXIRINDAN TANIYIRAM . O , TÜKƏNİB BİTMƏYƏN BİR XATİRƏDİR . ZƏLİMXANIN DAXİLİNDƏ , MƏNƏVİYYATINDA NƏ VARSA , ÖZÜNÜNKÜDÜR . O BİR ÖRNƏKDİR , MƏKTƏBDİR , MÜƏLLİMDİR , ALİMDİR . O , KÖRPƏ VƏ MƏSUM BİR UŞAQDIR . O NƏ AĞLAYANDIR , NƏ DƏ AĞLADAN . FƏQƏT , O BİR MÖCÜZƏDİR -- EVDƏ ,AİLƏDƏ MÖCÜZƏ , İCTİMAİ YERLƏRDƏ MÖCÜZƏ , MƏCLİSLƏRDƏ MÖCÜZƏ , DOSTLUQDA MÖCÜZƏ , SADƏLİKDƏ MÖCÜZƏ ,YADDAŞDA MÖCÜZƏ , SƏNƏT ALƏMİNDƏ MÖCÜZƏ , ƏXLAQDA MÖCÜZƏ ,AZƏRBAYCANIN KEÇMİŞİNDƏ , BU GÜNÜNDƏ , GƏLƏCƏYİNDƏ MÖCÜZƏ . ZƏLİMXANI BU KEYFİYYƏTLƏRİNƏ GÖRƏ XATİRƏMƏ YAZMIŞAM . O BİR ÜMMANDIR -- NƏ DƏRİNLİYİ MƏLUMDUR , NƏ DƏ SAHİLLƏRİ . O BİR SƏHRADIR NƏ VAHƏLƏRİ BİLİNİR , NƏ DƏ UCU BUCAĞI . O ASİMANIN KƏHKƏŞANIDIR -- ORADA SAY BİLİNMƏZ . O BİR GÜNƏŞDİR -ZİYASINDA XƏSİSLİK YOXDUR , O BİR AYDIR ÇÖHRƏSİ AYDA DÖRD DƏFƏ GÖZƏLLİYİNİ GÖSTƏRİR ... EŞQ OLSUN BU GÖZƏLLİYƏ !!!

Cemile Eligizi
31.03.2014, 14:49

Gozel insan gozel sair Zelimxan Yaguba Allahdan sefalar dileyirem .Sozsohbetinden doymag olmur.Vetenine xalgina bu geder bagli isan oldugu ucun onu sevir ve hormet edirik.Xalgin gozu,dusunen beyni,sanki bizi fikirlerimizi dunyaya catdirir.Sag ol sair. Min yasa sene uzun omr can sagligi arzu edirik

Fərid
12.01.2016, 10:00

Allah rəhmət eləsin! Azərbaycanın yüksək səviyyəli şairlərindən biri idi.

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
25.06.2017, 21:26

Konfederasiyalar Kuboku: daha iki yarımfinalçı məlum oldu  

25.06.2017, 21:14

Məqsədli öpüşlər... - BUSƏLƏRİN MƏNASI  

25.06.2017, 21:07

Almaniya hökuməti Ərdoğanın mühafizəçilərinə qadağa qoydu  

25.06.2017, 20:46

Çimərliklərdə xilasedicilərin işi artıb - boğulanlar xilas edilib  

25.06.2017, 20:38

Pakistanda partlayış - ölənlərin sayı 148-ə çatdı - YENİLƏNİB

25.06.2017, 20:30

Cocuq Mərcanlıda 1 ədəd tank əleyhinə raket tapıldı

25.06.2017, 20:05

Prezident və xanımı "Formula 1" Azərbaycan Qran Prisinin qaliblərini mükafatlandırdılar 

25.06.2017, 19:20

İlham Əliyev “VTB Bank”ın prezidentini qəbul edib

25.06.2017, 18:51

"Əli və Nino" İTALİYADA

25.06.2017, 17:50

Ərdoğandan ABŞ-a FETÖ və PKK ilə bağlı XƏBƏRDARLIQ

25.06.2017, 17:41

Hindistanda kanat yolunda kabinə aşıb: 7 ölü

25.06.2017, 17:12

Prezident “Formula One Group”un icraçı direktorunu qəbul edib

25.06.2017, 17:05

Formula 1 Azərbaycan Qran-Prisinə start verilib

25.06.2017, 16:44

"Soçi "Formula 1"in keçirilməsində Bakı təcrübəsini tətbiq edə bilər"

25.06.2017, 16:39

“...məsuliyyət daşımağa hazıram”

25.06.2017, 15:53

İki qanuna dəyişiklik edilir: 5 manatdan 100 manatadək dəyişən intervalda rüsum tətbiq ediləcək

25.06.2017, 15:50

İlham Əliyev Bakıda yeni salınan yolun açılışında iştirak edib

25.06.2017, 15:20

Formula-2 üzrə ikinci yarışda qalib müəyyənləşib

25.06.2017, 15:16

Kəlbəcərdən olan məcburi köçkün zəhərlənərək ölüb

25.06.2017, 14:48

Tanınmış bəstəkar: “Yorulmuşam müxbir səhvi, jurnalist yazısı redaktə etməkdən”

25.06.2017, 14:34

Formula-2 üzrə ikinci yarış başlayıb

25.06.2017, 14:29

Qadın özünü qatarın altına ataraq intihar edib - TOVUZDA

25.06.2017, 14:17

Bu axşam fitrə çıxarmağı unutmayın

25.06.2017, 14:09

Xəstəxanadan çıxan deputat iclasa qatılacaq

25.06.2017, 13:58

"F1 Village" zonasında "Formula 1" pilotlarının avtoqraf-sessiyası - FOTOLAR

25.06.2017, 13:41

Xarici media Qərb Universitetinin imtahan modelləri barədə yazıb

25.06.2017, 13:09

Pakistan vətəndaşını Lökbatanda döydülər

25.06.2017, 12:31

20 min azərbaycanlını dinindən döndərmək İSTƏYİBLƏR

25.06.2017, 12:30

Binəqədidə arvad ərini döyüb xəstəxanlıq etdi

25.06.2017, 12:15

Bu gün "Formula-1" üzrə Azərbaycan Qran-prisi keçiriləcək  

25.06.2017, 11:59

"Lent.az" 10-a keçdi

25.06.2017, 11:51

Sabahın hava PROQNOZU

25.06.2017, 11:48

İlham Əliyev  baş redaktoru qəbul edib

25.06.2017, 10:53

Türkiyədə sərnişin avtobusu aşdı: ölən və yaralananlar var

25.06.2017, 10:34

Müəllim və həkim heyəti məcburi tarlalara göndərilir - Bu özbaşınalıqdır, yoxsa...

ARXİV
SORĞU
Qeyri-sabit hava şəraiti sizə necə təsir edir?
- İstilərdən canımız qurtarıb(8.16%)
- Dənizə gedə bilmirik(22.4%)
- Səhhətimizə mənfi təsir edir(18.3%)
- Əhvalım xoşallanır(10.2%)
- Məhsul qıtlığı yaranır(12.2%)
- Təsərrüfatıma ziyan dəyir(4.08%)
Yağış, dolu ruzi-bıərəkətdir(24.4%)