Modern.az

Xalq artisti Firəngiz Şərifova dünyasını dəyişib

Xalq artisti Firəngiz Şərifova dünyasını dəyişib

Mədəni̇yyət

20 Fevral 2014, 11:36


Bu gün səhər Azərbaycanın xalq artisti Firəngiz Şərifova dünyasını dəyişib. Modern.az xəbər verir ki, Firəngiz Abbas Mirzə qızı Şərifova 6 fevral 1924-cü ildə Bakıda doğulub. Atası görkəmli Azərbaycan aktyoru, teatr və kino rejissoru, xalq artisti Abbas Mirzə Şərifzadə 1937-ci ildə repressiya olunub Anası Mərziyyə Davudova da tanınmış teatr aktrisası, SSRİ xalq artisti olub.

F. Şərifova 1941-ci ildə ailələrinin yaxın dostu və xeyirxahı Üzeyir bəy Hacıbəyovun məsləhəti ilə Azərbaycan Dövlət konservatoriyasının (indiki Musiqi Akademiyası) vokal fakültəsinə daxil olub. Beş il konservatoriya təhsili alıb. Daha sonra Cəfər Cabbarlının təkidi və atası Abbas Mirzənin razılığı ilə “Oqtay Eloğlu"nda Sevər və bir az sonra “Sevil”də Gündüz rollarında çıxış edib.

O, 1947-ci ilin əvvəllərində Cəlil Məmmədquluzadə adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına qəbul olunub. Sonralar Gənc Tamaşaçılar Teatrının truppasında aktyor işləməyə başlayıb. 1960-cı ildən Akademik Milli Dram Teatrında çalışıb, lakin beş il sonra yenidən Gənc Tamaşaçılar Teatrına qayıdıb.

Azərbaycan Respublikasının xalq artisti (1969-cu il) adına layiq görülmüş mərhum aktrisa teatr və kinodsa bir sıra yadda qalan obrazlar yaradıb.

F. Şərifova həm də "Eurovision 2011" mahnı müsabiqəsinin qalibi Eldar Qasımovun nənəsidir. 

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı