Modern.az

Krımda parlament və hökumət binasını hərbçilər ələ keçirib

Krımda parlament və hökumət binasını hərbçilər ələ keçirib

Dünya

27 Fevral 2014, 10:15

Fevralın 26-dan 27-nə keçən gecə Krım Ali Radası və Nazirlər Sovetinin binalarını naməlum şəxslər zəbt edib. Modern.az saytı Ukrayna KİV-nə istinadən bildirir ki, bu haqda özünün Facobook səhifəsində krım-tatar xalqı Məclisinin sədri Refat Çubarov məlumat verib: “Mənə zəng edib dedilər ki, Krım Ali Radasının və Nazirlər Sovetinin binasının naməlum uniformada olan silahlı şəxslər ələ keçiriblər, onlar hələ ki heç bir tələb irəli sürməyiblər”.

Xatırladaq ki, fevralın 26-da Krım Ali Radasının qarşısında Rusiya tərəfdarları ilə Ukraynada yeni hakimiyyətə dəstək verən qüvvələr eyni vaxtda ayrı-ayrılıqda aksiya keçiriblər. Aksiya zamanı yaşlı bir kişinin dünyasının dəyişdiyi, tərəflər arasındakı qarşıdurmada bir neçə nəfərin yaralandığı bildirilir.     



Modern.az
 
Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır