27 mart 2017, Bazar ertəsi
Ana Səhifə - FOTOSÖHBƏT - Tağı Əhmədovla FOTOSÖHBƏT
Tağı Əhmədovla FOTOSÖHBƏT
01.03.2014, 16:20

Modern.az saytı Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovun şəkillərini FOTOSÖHBƏT layihəsində təqdim edir.
Tağı Əhmədov 1 fevral 1948-ci ildə Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Yuxarı Remeşin kəndində anadan olub. 1965-ci ildə Naxçıvan Kənd Təsərrüfatı Texnikumunu, 1977-ci ildə Azərbaycan Politexnik İnstitutunu, 1987-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib.

1965-ci ildən “Badamlı” zavodunda fəhlə, 1970-1994 illərdə Bakı Metropoliteninin tunel qurğuları və yol xidmətində tunel fəhləsi, böyük tunel ustası, distansiya rəisi, 1994-1998-ci illərdə tunel qurğuları xidmətinin rəisi vəzifələrində işləyib.

1998-ci ildə Azərbaycan Resbulikası Prezidentinin sərəncamı ilə Bakı Metropoliteninin rəisi təyin edilib.

“Fəxri Dəmiryolçu” və “Bakı meropoliteni veteranı” döş nişanları ilə mükafatlandırılıb. Texnika elmləri namizədi elmi dərəcəsi var.

Prezidentin fərmanı ilə “Şöhrət ordeni” və “Azərbaycan Resbulikasının Əməkdar mühədisi” fəxri adı və nişanı ilə təltif edilib.

Evlidir, 2 oğlu var. HakimYeni Azərbaycan Partiyasında Yasamal rayon təşkilatının sədr müavini olan Tağı Əhmədov,  həm də Azərbaycan Dama Federasiyasının vitse-prezidentidir.

Tağı Əhmədov 27 fevral 2014-cü il tarixində Bakı Metropoliteninin rəisi vəifəsindən azad olunub.


Hərbi xidmətdə...

Gənclik illəri...


Ömür keçir, gün keçir...


Dostlarla...


Ötən günə gün çatmaz, calasan günü günə də...


Sevincli günlərdən biri...

Yaşlaşdıqca insan dəyişir...


Ailəvi şəkil...