Modern.az

Bəşər Əsəd Ukrayna məsələsində Putini DƏSTƏKLƏDİ

Bəşər Əsəd Ukrayna məsələsində Putini DƏSTƏKLƏDİ

Dünya

6 Mart 2014, 18:55


Suriya prezidenti Bəşər Əsəd Rusiya dövlət başçısı Vladimir Putinin Ukrayna ilə bağlı atdığı addımlara dəstək verib. Modern.az saytı Suriyanın rəsmi xəbər agentliyi SANA-ya istinadən xəbər verir ki, B. Əsəd bu gün xalqı və öz adından V. Putinə dəstək olduğunu bəyan edən məktub göndərib. B. Əsəd Ukraynadakı etiraz aksiyasının təşkilatçılarını radikal terrorist qruplaşma adlandırıb. Onun sözlərinə görə Kreml rəhbəri Putin xalqlar və dövlətlər arasındakı münasibətləri normallaşdırdığından Suriya hökuməti ona açıq dəstək verir. B. Əsədin fikrincə, V. Putin Ukraynada sabitliyi və əmin-amanlığı bərpa etmək üçün çox böyük bir gücdür. Suriya rəhbəri Ukraynanın da terror və radikallığa son qoymaq gücündə olduğuna inamını ifadə edib.

Aqşin Kərimov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır