Modern.az

Poroşenko barədə bilmədiklərimiz: konfet sevgisi və Putinlə baş tutmayan döyüş - MARAQLI

Poroşenko barədə bilmədiklərimiz: konfet sevgisi və Putinlə baş tutmayan döyüş - MARAQLI

26 May 2014, 14:05

Uşaqlıq vaxtı Pyotr xuliqan olsa da, həmişə öz qız sinif yoldaşları ilə konfet bölüşər və onların çantalarını daşıyardı. 

Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, ölkənin yeni seçilən prezidenti Pyotr Poroşenkonun sinif yoldaşları və qonşuları onun uşaqlığı barəsində danışıblar.

Pyotr Poroşenkonun Bolqrad şəhərindən olan sinif yoldaşları onu sakit, xeyirxah və səxavətli insan kimi xarakterizə edirlər. Moldovanın Benderı qəsəbəsində yaşayan cüdo müəllimi isə keçmiş şagirdinin güclü, cəld və məqsədyönlü olduğunu bildirir.

Poroşenkonun anadan olduğu Bolqrad Odessa şəhərindən Moldova sərhədinə doğru 170 kilometr məsafədə yerləşir. Gələcək prezident həyatının ilk 8 ilini bu şəhərdəki Lenin küçəsində, balaca məhəllədə keçirib. Poroşenko ailəsinin keçmiş qonşusu Stepan İvanoviç balaca Petyanı xatırlamasa da, onun atası Aleksey Poroşenko barədə ağızdolusu danışır:

“Onun atası çox yaxşı təşkilatçı  və özü dediyi kimi sərt insan idi. O, doğrudan da istər uşaqlarla, istərsə də bizimlə çox sərt olub. Və onun sözü bizim üçün qanun idi”.

Poroşenko ilə 1 saylı gimnaziyada sinif yoldaşı olan Lüdmila və Larisa bacıları isə etiraf edirlər ki, Petya qızları həmişə şirniyyata qonaq edərdi: “Normal oxuyub. Belə deyək, əlaçı olmasa da, Petya əsasən 5 alırdı”. 

Pyotr ilə bir parta arxasında əyləşən Lüdmila partanı xəyali xətlərlə iki yerə böldüklərini xatırlayır. Lakin tezliklə növbəti şıltaqlığına görə Poroşenkonu müəlliməyə yaxın yerə, əlaçı Tanya Sleptsova ilə yanaşı əyləşdirdilər. Pyotr onu və digər qızları tez-tez evlərinə qədər ötürərdi. Həmişə çanta daşımağa yardım edərdi. 

Gələcək prezidentin atası Aleksey İvanoviç Poroşenkonu Bolqoroddan Moldovadakı Benderı şəhərinə göndərilir. Məhz Benderidə Pyotr Poroşenko məktəbi bitirib və cüdo məşqlərinə gedib. Sonradan cüdoda əldə etdiyi döyüş fəndləri Poroşenkoya parlamentdə öz opponentləri ilə mübahisələr zamanı lazım olurdu.

Məşqçi İosif  Pyotru möhtəşəm döyüşçü adlandırır və sensasion açıqlama verir: “70-ci illərdə Poroşenko Putinlə tatamidə üz-üzə gələ bilərmiş. Lakin Putin Poroşenkodan yaşca böyük olduğu üçün döyüş baş tutmur. Pyotr təmkinli, adi uşaq idi. Dərslərini normal oxuyur, idmanda da özünü təmkinli aparırdı”.        



Məktəbdən sonra Poroşenko Kiyevə köçür və Ukraynanın ən prestijli universitetinin Beynəlxalq münasibətlər fakültəsinə qəbul olur. 30 il əvvəl gələcək prezidentə mühazirələr oxuyan, hazırda Beynəlxalq iqtisadi münasibətlər kafedrasının dekanı Aleksandr Şnırkov Poroşenkonun 80-ci illərin sonunda ilk milyonunu qazanması və universitetə yeni “Volqa” maşınında gəlməsini yada salır: “Pyotr Alekseyeviç institutumuzda tədris etdiyimiz dərslər barədə müəyyən bilgilərə malik idi. Bu bilgilər əsasında o, məsləhətlər verən firma açır. Firma həm hüquqi, həm də iqtisadi məsləhətlər verir. Bu məsləhətlər bazara necə çıxmaq, necə iş ortaqları, dəyər kəsb edən informasiyanı tapmaq və xarici bazarlarda tələb-təklif münasibətlərinin necə nizamlanması barədə idi. Yəni aydın idi ki, 1 milyon da, 2 milyon da, 3 milyon da qazanmaq mümükün idi. Və o qazandı”.

Poroşenkonun əsas biznes mərkəzi olaraq Vinnitski adlandırırlar. Məhz buradan “Roşen” korporasiyası öz əsasını götürüb. Universiteti bitirdikdən sonra atası Aleksey və qardaşı Mixaillə birlikdə Poroşenkolar ailəsi Vinnitsk qənnadı fabrikini satın alırlar. Hazırda Pyotr Alekseyeviç Poroşenko Ukraynanın ən zəngin şəxslərdindən biridir. “Forbes” jurnalı onun şəxsi sərvətini 1,8 milyard dollar dəyərində qiymətləndirib.

Poroşenkonun xaç anası Oksana Bilozir: “Pyotr Alekseyeviç belə uğurlara möhkəm arxasının olması hesabına nail olub. Həyat yoldaşı və 4 övladı Poroşenko üçün daim birinci yerdə olub”.

Xatırladaq ki, Pyotr Poroşenko Yuliya Timoşenko və Oleq Lyaşkonu qabaqlayaraq Ukrtayna prezidenti seçilib. 

 Vüqar İsmayılov

Twitter
Sizə yeni tvit var
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir