Modern.az

Poroşenko Ukrayna varlıları arasında 6-cı yerdədir

Poroşenko Ukrayna varlıları arasında 6-cı yerdədir

Dünya

30 May 2014, 13:11


Ukraynanın 2014-cü il üçüm ən varlı adamlarının adları açıqlanıb. Modern.az Ukrayna mətbuatına istinadən bildirir ki, “Forbes”in açıqladığı siyahıda ənənəvi olaraq birinci yerdə var-dövləti 11,2 milyard dollar olan Rinat Əhmədovdur. Onun ardınca 3 milyard dollarla Viktor Pinçuk gəlir. Üçüncü yerdə Gennadi Boqolyubov (2 milyard dollar), sonra isə 1, 8 milyard dollarla İqor Kolomskidir. Valıların ilk beşliyindəki Vadim Novinskinin var-dövləti 1,4 milyard dollar dəyərindədir. Mayın 25-də növbədənkənar seçkilərdə rəqiblərini üstələyərək prezident seçilən Pyotr Poroşenko altıncı sıradadır. “Forbes” onun varidatını 1,3 milyard dollar dəyərləndirib. Onun seçkilərdəki rəqibi Sergey Tiqipko 1 milyard dollarla doqquzuncudur. Onluğa düşən varlılar arasında Yuri Kosyuk (1,3 milyard dollar), Konstantin Jevaqo (1,1 milyard dollar) və Aleksandr Yaroslavski (932 milyon dollar) da var.

Beynəlxalq axtarışa verilən Andrey Klyuev 116 milyon dollarla 66-cı yerdədir. Keçmiş prezident Viktor Yanukoviçin oğlu Aleksandr Yanukoviçin isə varidatı 78 milyon dollardır.

Bundan əvvəl verilən məlumata görə, Ukrayna varlıları bir ildə 13 milyard dollardan çox itiriblər.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı