Modern.az

Arda Turanın yeni klubunun adı açıqlandı

Arda Turanın yeni klubunun adı açıqlandı

Dünya

2 İyun 2014, 23:46


Türkiyə millisinin hücumçusu Burak Yılmaz yığmadakı komanda yoldaşı Arda Turanın gələcək futbolçu karyerası haqda gözlənilməz açıqlama verib.

Qol.Az-ın "Hürriyət" qəzetinə istinadən verdiyi məlumata görə, o, hazırda "Atletiko"nun şərəfini qoruyan A.Turanın "Mançester Yunayted"ə keçəcəyini deyib:

"Dünən Arda ilə birlikdəydim.  Onun "Mançester Yunayted" nümayəndələri ilə danışıqları müsbət nəticələnib. Böyük ehtimalla Arda Turan yeni mövsümdən "MY"nın şərəfini qoruyacaq".

Qeyd edək ki, A.Turan bundan əvvəl verdiyi açıqlamasında Madrid klubundan ayrılmayacağını söyləmişdi.

Modern.az

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır