Modern.az

Dillər Universitetində “Məzun günü” keçiriləcək

Dillər Universitetində “Məzun günü” keçiriləcək

30 İyun 2010, 13:00

Azərbaycan Dillər Universitetində (ADU) “Məzun günü” keçiriləcək. ADU-nun İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Zeynab Kazımova Modern.az-a bildirb ki, tədbir iyulun 1-də saat 16:30-da universitetinin (ADU) əsas binasının akt zalında təşkil olunacaq. Tədbirdə ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidovun açılış nitqi ilə çıxışı nəzərdə tutulur. “Məzun günü”ndə universiteti fərqlənmə ilə bitirmiş tələbələrə diplomlar veriləcək. Tədbirin sonunda tanınmış və populyar incəsənət nümayəndələrinin iştirakı ilə konsert keçiriləcək.

Qeyd edək ki, 2009-2010-cu tədris ilində ADU-nu 1034 nəfər tələbə bitirir. Onlardan 910 nəfəri bakalavr, digərləri isə magistratura təhsil pilləsini başa vurur. 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır