Modern.az

YAP bölgələrdə sorğular keçirməyə başlayıb

YAP bölgələrdə sorğular keçirməyə başlayıb

6 İyul 2010, 16:42

Parlament seçkilərinə bir neçə ay vaxt qalsa da, artıq siyasi partiyalar bu marafona start veriblər. Görünən odur ki, hər partiya öz taktikasına uyğun hərəkət edir. Modern.az Yeni Azərbaycan Partiyasına istinadən xəbər verir ki, bu partiya qarşıdan gələn parlament seçkiləri ilə bağlı yerlərdə soğrular keçirməyə başlayıb. Partiyadan saytımıza verilən məlumata görə, sorğular YAP-ın builki parlament seçkisində mümkün namizədlərini müəyyənləşdirmək məqsədi daşıyır. YAP mümkün namizədlərdən kimin daha çox nüfuza malik olduğunu, alternativlərin kimlər ola biləcəyini dəqiqləşdirmək istəyir. O da qeyd olunur ki, yerli icra hakimiyyəti orqanlarına sorğuların keçirilməsinə müdaxilə etmək qəti şəkildə qadağan olunub. Saytımıza məlumat verən mənbə bildirib ki, bu sorğular yekunlaşandan sonra hakim partiya qarşıdan gələn parlament seçkilərində əksər bölgələrdəki nüfuzlu şəxslərin namizədliklərini irəli sürmək barədə qərar qəbul edəcək və onu dəstəkləyəcək.

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası da son parlament seçkilərində məhz bu taktika ilə qələbəyə nail olmuşdu.

 

Qeyd edək ki, bir neçə müddət öncə “Yeni Azərbaycan Partiyası”nın icraçı katibi, millət vəkili Əli Əhmədov yerlərdə belə sorğuları keçirləcəyini təsdiqləmişdi.

YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov isə demişdi ki, partiya qarşıdan gələn parlament seçkilərində namizədliklərini rəhbərliklə razılaşdırmadan irəli sürən YAP üzvlərini dəstəkləməyəcək.

Modern.az  

 

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir