Modern.az

MSK-da bütün seçki dairələrinin əməkdaşlarına təlimlər keçilir

MSK-da bütün seçki dairələrinin əməkdaşlarına təlimlər keçilir

Təhsil

7 İyul 2010, 14:14

İyulun 7-də Mərkəzi Seçi Komisiyasında (MSK) şikayət və müraciətlərə baxılması ilə əlaqadar seminar-treninq keçirib.

Modern.az xəbər verir ki, Mərkəzi Seçki Komisiyasının katibi Natiq Məmmədov bildirib ki, MSK istənilən tərəflə seçkilərin təkmilləşdirilməsi məsələsi ətrafında əməkdaşlıq edir, "Hazırda Venesiya Komissiyası və MSK ehtimal olunan şikayətlərlə bağlı əməkdaşlıq edir. Məqsəd bütün seçki dairələrinin nəzdində fəaliyyət göstərən ekspertləri treninqə cəlb etmək, şikayətlərə baxılma qaydası ilə bağlı bütün qaydaları yenidən nəzərdən keçirmək, iştirak edəcək subyektləri maarifləndirmək, bilikləri yoxlamaq və daha da təkmilləşdirməkdir”. N.Məmmədli xatırladıb ki, Azərbaycanda parlament seçkiləri noyabrın birinci həftəsində keçiriləcək. Onun sözlərinə görə, seçkilərlə bağlı şikayətlərə həm dairə seçki komisiyalarında, həm də MSK-da yaradılmış komisiya tərəfindən baxılacaq. MSK-nın maarifləndirmə işinə böyük əhəmiyyət verdiyini deyən N.Məmmədli deyib ki, Kütləvi İnformasiya Vasitələrinin imkanlarından istifadə edilir. Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının Avropa Şurasının Venesiya Komissiyası ilə təşkil etdiyi iki günlük birgə seminar-treninqdə 125 dairənin seçki komissiyasının əməkdaşlarına təlimlər keçirilir.

Mail Ağaxanov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı