Modern.az

DAK Mübariz İbrahimovun evinə yürüş edəcək

DAK Mübariz İbrahimovun evinə yürüş edəcək

Qarabağ

13 Avqust 2010, 13:55


Dünya Azərbaycanlıları Konqresi (DAK) şəhid gizir, Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə «Sənin məzarın - bizim ürəyimizdir!» devizi altında yürüş təşkil edəcək. Bu barədə Modern.az-a DAK-ın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, yürüş avqustun 19-da saat 09:00-da Şəhidlər Xiyabanından başlayacaq.
Dünya Azərbaycanlıları Konqresinin İdarə heyətinin üzvləri, xaricdə fəaliyyət göstərən Azərbaycan dərnəkləri və diaspor təşkilatlarının təmsilçiləri, DAK Gənclər Təşkilatı yürüşdə iştirak edəcək.
Yürüş Milli Qəhrəman Mübariz İbrahimovun Biləsuvar rayonundakı evində başa çatacaq.

M.İbrahimov iyunun 19-da cəbhənin Tərtər rayonunun Çaylı kəndi istiqamətində Ermənistan silahlı qüvvələrinin hücumunu dəf edərkən qəhrəmanlıqla şəhid olub olub. M.İbrahimovun təkbaşına çoxlu erməni hərbçisini öldürməsi, ermənilərin səngərini alt-üst etməsi düşməni o qədər vahimələndirib ki, ermənilər hələ də onun meyitini verməməklə qisas almağa çalışırlar. 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır