Modern.az

Bakıda söz və fikir azadlığına dəstək forumu keçiriləcək

Bakıda söz və fikir azadlığına dəstək forumu keçiriləcək

20 Avqust 2010, 11:23

Sentyabrın 7-9-da Bakıda Azərbaycanda söz və ifadə azadlığına ictimai dəstək forumu keçiriləcək. Forumda məqsəd ölkədə söz və ifadə azadlığı ilə əlaqədar problemlərin müzakirəsidir.

Çoxplanlı aksiya kimi, forum vətəndaş cəmiyyətinin bu istiqamətdə səylərinin konsolidasiyasına, hökumət və digər sektorlarla dialoq və əməkdaşlıq üçün platformanın yaradılmasına çalışır.

Forum Azərbaycanda tanınmış ictimai və media təşkilatlarının təşəbbüsü ilə keçiriləcək: Avrointeqrasiya Milli Komitəsi, “Yeni Nəsil” Jurnalistlər Birliyi, İfadə Azadlığı Komitəsi, “Azərbaycan Naminə” İctimai Forumu, Azərbaycan Jurnalistlər İttifaqı, Acıq Cəmiyət İnstitutu -Yardım Fondu və “Turan” İnformasiya Agentliyi.

Forumun ilk iki günündə söz və fikir azadlığına həsr olunmuş kitab, foto və karikatura sərgisi keçiriləcək. Digər tədbirlər, o cümlədən Frontlayn (ön xətt) jurnalist diskussiya klubunun açılışı olacaq.

Tədbirin sonuncu günündə  beynəlxalq konfrans keçiriləcək. Konfransda tanınmış xarici və yerli ekspertlər,  jurnalistlər, ictimai xadimlər,  dövlət qurumlarının nümayəndələri və bir sıra iri beynəlxalq təşkilatların rəhbərləri iştirak edəcəklər.

Forum Azərbaycanda söz və ifadə azadlığının inkişafındakı xidmətlərə görə xüsusi  mükafatın təqdim olunması ilə başa çatacaq. Laureatı əvvəllər məhkəmə çəkişmələrinə məruz qalmış və peşə fəaliyyəti ilə əlaqədar cinayət məsuliyyətinə cəlb olunmuş  jurnalistlər seçəcəklər.  

Konfransda forumun qətnaməsinin, ictimaiyyət və dövlət qurumları üçün fikir azadlığının inkişafına dair təkliflər və tövsiyələr paketinin qəbulu gözlənilir.

Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır