Modern.az

“Rusiya-Ermənistan hərbi sənədi regional təhlükəsizlik baxımından olduqca qorxuludur”

“Rusiya-Ermənistan hərbi sənədi regional təhlükəsizlik baxımından olduqca qorxuludur”

20 Avqust 2010, 17:49

Rusiya ilə Ermənistan arasında mühüm hərbi sənəd imzalanıb. Sənədə əsasən, Rusiya hərbi bazası Ermənistanın təhlükəsizliyini təmin etməyi öz üzərinə götürür.

YAP İcra katibinin müavini, MM-in deputatı Mübariz Qurbanlı Ermənistanla Rusiya arasında hərbi əməkdaşlığa dair yeni müqavilənin imzalanmasına münasibət bildirib:

 “Rusiya ATƏT-in Mink qrupunun həmsədri kimi aparılan danışıqlarda əsas vasitəçilərdən biridir. Belə bir müqavilənin imzalanması isə Rusiyanın bu vasitəçilikdə rolunu müəyyən mənada, bitərəf yox, tərəf kimi göstərir. Onun Ermənistanın tərəfində olduğu faktiki olaraq açıq şəkildə ortaya çıxır. Regional təhlükəsizlik baxımından Ermənistanın silahlandırılması olduqca qorxuludur. Digər tərəfdən, Qafqaz həssas bir bölgədir. Belə bir şəraitdə Rusiyanın bu addımı atması Qərb tərəfindən də adekvat addımlarla müşaiət oluna bilər. Bütövlükdə bu, bölgədə gərginliyi daha da artıracaqdır. Ona görə də, Rusiyanın Ermənistanı birtərəfli qaydada silahlandırması, bu cür müqavilənin imzalanması əslində təcavüzkarı şirnikləndirmək siyasətidir. Tarix belə hadisələrin nə qədər acı nəticələr verdiyini dəfələrlə sübut etmişdir.
Təbii ki, Ermənistanın təmənasız olaraq birtərəfli qaydada silahlandırılması Azərbaycan ictimai rəyində haqlı narazılıq və narahatlıq yaradır».

M.Qurbanlının sözlərinə görə, Azərbaycanla Rusiya strateji tərəfdaşdırlar, bu dövlətlə sıx əlaqələrimiz var. Rusiya prezidenti Dmitri Medvedevin Azərbaycana səfərinin gözlənildiyini deyən millət vəkili qeyd edib: “Biz dost ölkəyik və Azərbaycan tərəfi bu dostluğu yüksək qiymətləndirir”. Bununla belə YAP İcra katibinin müavini qeyd edib ki, Azərbaycan Rusiya xarici siyasətində Ermənistana əlahiddə münasibət göstərilməsini düzgün hesab etmir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir