Modern.az

Dörd dövlət başçısı Ukrayna üçün Minskə yığışır

Dörd dövlət başçısı Ukrayna üçün Minskə yığışır

Dünya

11 Fevral 2015, 11:24


Bu gün Belarusun paytaxtı Minskdə Ukraynadakı böhranla bağlı “Normand dördlüyü” formatında prezidentlərin görüşü baş tutacaq.

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin, Ukrayna prezidenti Pyotr Poroşenko, Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Fransua Olland Ukraynanın cənub-şərqində davam edən hərbi əməliyyatları dayandırmaq üçün çıxış yolları axtaracaq.

Diplomatik dairələr görüşdə əsas müzakirə mövzuları həm separatçıların, həm də rəsmi Kiyevin ağır silahları təmas xəttində geri çəkməsi, hərbisizləşdirilmiş zolağın yaradılmasını və bundan sonra iki tərəf arasında davamlı sülh danışıqlarının aparılması olacaq. Almaniya, Fransa və ATƏT Ukraynada sülhün bərqərar olması üçün Rusiyanın separatçılara təsir göstərməsini istəyir.

Atəşkəsin əldə olunmasında maraqlı olan Vladimir Putin isə bütün ukraynalıların mənafeyinə xidmət edəcək konstitusiya layihəsinin hazırlanmasına ehtiyac olduğunu düşünür.

“Normand dördlüyü”nün Minsk görüşü ərəfəsində ABŞ tərəfinin təşəbbüsü ilə

Vladimir Putin və Barak Obama arasında telefon danışığı baş tutub.

Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır