Modern.az

Abdulla Gül bu villada yaşayacaq - FOTO

Abdulla Gül bu villada yaşayacaq - FOTO

Dünya

13 Fevral 2015, 11:30

Səlahiyyət müddəti başa çatmasına baxmayaraq təxminən 6 aydır prezidentliyə aid Tarabyadakı Huber Köşkündə yaşayan Türkiyənin 11-ci dövlət başçısı Abdulla Gülün yeni iqamətgahı tamamlanmaq üzrədir. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, kürəkəni Mehmet Sarımermerin sahibi olduğu Qanlıcadakı villada tamamlama işləri sona çatmaq üzrədir. İşçilər villanın bir neçə həftə içində istifadəyə hazır olacağını bildirirlər. Villa dəniz sahilində yerləşir və bu ərazidə cəmi 28 belə villa var. Villanın ərazisində helikopterin enib-qalxması üçün meydançanın olduğu da bildirilir. Gülün qonşuları arasında TÜSİAD-ən keçmiş başçılarından Tuncay Özilhan, iş adamı Ucal Kurttepeli və “Fənərbağça”nın  keçmiş baş məşqçisi Aykut Kocaman də var.



Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı