Modern.az

ASALA Türkiyəni hərbi aksiyalarla hədələdi

ASALA Türkiyəni hərbi aksiyalarla hədələdi

Dünya

3 Aprel 2015, 17:35

ASALA (Ermənistanın azadlığı uğrunda gizli erməni ordusu) Türkiyə hakimiyyətini Çanaqqala zəfərinin 100 illiyi ilə bağlı hədələyib. Modern.az saytı Ermənistan mətbuatına istinadən xəbər verir ki, ASALA-nın hərbi şurası Türkiyəyə qarşı hərbi aksiyaları bərpa edə biləcəyini bildirib.

“Türkiyə tərəfindən, başda prezident Ərdoğan olmaqla 24 apreldə təntənəli bayramın keçirilməsi 1,5 milyon erməninin xatirəsini təhqir etmək anlamına gəlir.

“Erməni soyqırımı”nın 100 illiyi günü – 24 apreldə Ərdoğanın planlaşdırdığı tədbirə qatılacaq xarici ölkə nümayəndələri faktiki olaraq soyqırım təşkilatçılarına haqq qazandırmış olurlar. Biz Türkiyənin azad düşüncəli cəmiyyətini və bütün xalqlarını Ərdoğanın təxribatına qarşı mübarizəyə çağırırıq. Əgər Ərdoğanın tədbiri baş tutarsa, ASALA dərhal Türkiyəyə qarşı hərbi aksiyaları bərpa edəcək”.

1975-ci ildə Livanın paytaxtı Beyrut şəhərində İraq ermənisi Akop Akopyan tərəfindən yaradılan ASALA terror təşkilatı 70-80-ci illərdə 50-dən artıq türk diplomatına və xarici ölkə vətəndaşının ölümünə səbəb olan hücumlar təşkil edib. Təşkilatın bir sıra üzvü, o cümlədən ABŞ vətəndaşı Monte Melkonyan Dağlıq Qarabağ müharibəsində Azərbaycana qarşı vuruşublar.

Vüqar İsmayılov

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır