Modern.az

Sosialist Əməyi Qəhrəmanı deputatlığa namizədliyini irəli sürüb

Sosialist Əməyi Qəhrəmanı deputatlığa namizədliyini irəli sürüb

20 Sentyabr 2010, 12:05

Seçki marafonu davam etdikcə maraqlı insanlar namizədliyini irəli sürməyə başlayıblar. Milli Məclisə seçkilərdə iştirak etmək üçün Sosialist Əməyi Qəhrəmanı Akif Əmənov namizədliyini irəli sürüb. Məlumatı Modern.az-a MSK-dan bildiriblər. Adlı –sanlı buruq ustası A.Əmənov 46 saylı Şirvan seçki dairəsi üzrə sənədlərini DSK-ya təqdim edərək imza vərəqələri götürüb.

A.Əmənov kampaniyaya bitərəf kimi qoşulub.

SSRİ dönəmində tanınmış neftçi, buruq ustası, Sosialist Əməyi Qəhrəmanı, Hindistanın fəxri vətəndaşı Akif Əmənov 4 çağırış (20 il) Azərbaycan SSR Ali Sovetinin, eləcə də SSRİ xalq deputatı olub.

O, 1991-ci ildə SSRİ xalq deputatı statusunda o vaxtkı hakimiyyət tərəfindən təzyiqlərlə üzləşərək Naxçıvanda yaşayan Heydər Əliyevin görüşünə gedib. Mərhum prezident ona bildirib ki, A.Əmənovu ikinci dəfə Sosialist Əməyi Qəhrəmanı adına təqdim etmək istəyibmiş.

A.Əmənov hazırda prezident təqaüdçüsüdür. Ötən il prezident İlham Əliyevin sərəncamı ilə ona Bakı şəhərində üç otaqlı mənzil bağışlanıb.

X.Səfəroğlu

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır