Moskvada polisin keçirdiyi xüsusi əməliyyat zamanı 8 aylıq oğlan uşağını 5 milyon rubla satmağa cəhd edən Ukraynadan olan ərlə arvad saxlanılıb. Modern.az-ın Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, onlar pulu alarkən yaxalanıblar.
Əməliyyatçılar ərlə və arvadı ilə vağzalda görüşüblər və uşağın alıcısı kimi tibbi mərkəzə gətiriblər, burada guya körpəni müayinədən keçirmək istəyiblər, bundan sonra “alış-veriş” başa çatıb.
Uşağın valideynlərinə qarşı cinayət işi qaldırılıb.
Modern.az