Modern.az

Türkiyənin iki keçmiş prezidentinin qohumuna nazir vəzifəsi təklif edilib

Türkiyənin iki keçmiş prezidentinin qohumuna nazir vəzifəsi təklif edilib

Dünya

27 Avqust 2015, 12:07


Türkiyədə hökuməti qurmaq səlahiyyəti verilən baş nazir Əhməd Davutoğlunun avqustun 26-da nazir vəzifəsi təklif etdiyi şəxslər arasında iki keçmiş prezidentin qohumu da var.

Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, bunlardan biri Cümhuriyyət Xalq Partiyasının (CHP) Ankaradan olan millət vəkili Gülsün Bilgehandır.  

O,  Türkiyənin indiki dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın tez-tez hədəf aldığı ikinci prezident İsmət İnönünün nəvəsi və İnönü Vəqfinin rəhbərinin köməkçisidir.  

Nazir vəzifəsi təklif olunan CHP-nin İstanbuldan millət vəkili üzvü İlhan Kesic isə doqquzuncu prezident Süleyman Dəmirəlin qohumudur.  

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır